E-taksi nəhəngindən yeni hədəf - 100 MİLYARD DOLLAR
İllik 493 milyon aktiv sərnişin, 15 milyon aktiv sürücü, 22 milyard dollar gəlir....Çinin ən iri elektron taksi və avtomobillərin icarəsi xidməti Didi Chuxing ABŞ-da IPO-ya (Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsi) çıxır.
Marja xəbər verir ki, listinqdə qeydiyyatdan keçmək üçün sənədləri ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasına (SEC) təqdim edən şirkət ötən il 21,6 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Cari ilin birinci rübündə isə Didi-nin gəlirləri 6,4 milyard dollar (ötən ilin birinci rübü ilə müqayisədə 107% artım), xalis mənfəəti 95 milyon dollar təşkil edib. Ötən il Didi-nin aktiv sürücülərinin sayı 15 milyon, aktiv sərnişin sayı isə 493 milyon nəfər olub.
Şirkətin ən böyük səhmdarları indiyə qədər Didiyə 10 milyard dollara qədər investisiya yatırmış Yaponiyanın maliyyə nəhəngi SoftBank (21,5%), qlobal taksi xidməti Uber (12,8%) və Çinin ən iri texnologiya şirkətlərindən olan Tencentdir (6,8). 2018 və 2019-cu illərdə Didi Chuxing-in gəlirləri 11% artdığı halda, pandemiya səbəbindən 2020-ci ildə 10% azalıb, xalis zərər 1,6 milyard dollar təşkil edib. Müqayisə üçün bildirək ki, Uberin 2020-ci il üzrə gəlirləri 11,14 milyard dollar, xalis zərəri 6,77 milyard dollar, 2021-ci ilin birinci rübü üzrə isə gəlir 2,9 milyard dollar, zərər 108 milyon dollar təşkil edib.
Ötən ilin avqustundakı sonuncu maliyyələşmə raundunda Didi Chuxingin SoftBank, Alibaba və Tencent kimi maliyyə-texnoloji investorlardan cəlb etdiyi vəsait hesabına şirkətin bazar dəyəri 60 milyard dolları keçib. Şirkət indiyə qədər üstünlük verdiyi birbaşa maliyyələşmə mexanizmindən fərqli olaraq, ilk dəfə səhmlərini açıq satışa çıxarmaq və daha çox investisiya cəlb etməklə hazırda Çin, Yaponiya, Honkonq, Tayvan, Avstraliya, Cənubi Afrika, Meksika, Braziliya, Kolumbiya, Çili, Peru, Kosta Rika, Panama, Rusiya və başqa ölkələri əhatə edən xidmət coğrafiyasını genişləndirmək niyyətindədir. Bloomberg bu il dünyada ən iri texnoloji IPO-lardan olacaq yeni mərhələdə Didi-nin 100 milyard dollar bazar dəyərinə çatmasını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
Vergi borclarının endirimlə ödənilməsi barədə iddialara RƏSMİ REAKSİYA
-
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
Ən çox oxunanlar
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
























