Çindən mikroçip həmləsi və istehsal rekordu
Çin, May ayında mikroçip istehsalını keçən ilin eyni dövrü ilə müqayisədə 38% artıraraq rekord qırıb.Çinin dövlət başçısı mikroçip müharibəsinə hazırlaşır.Çin May ayında 30 milyard ədədə yaxın mikroçip istehsal edərək keçən ilin eyni dövrü ilə müqayisədə istehsalını 38% artırıb. Çin ilin əvvəlindən bu yana 140 milyard ədəd çip istehsal edib. Marja xəbər verir ki, ölkə yerli yarımkeçirici sənayesini dəstəkləyərək ABŞ texnologiyalarından asılılığını azaltmağı planlaşdırır.
Çinin dövlət başçısı Şi Sinpinq, Çinin texnologiyada özünü təmin etmək və yerli sektorun ABŞ sanksiyalarının öhdəsindən gəlməsi üçün müavini Liu He-yə yeni vəzifə tapşırıb.
Liu-ya, üçüncü nəsil mikroçiplərin istehsalı üçün araşdırma, kəşf və istehsal gücünün artırılması üçün tapşırıqlar verilib. Liu-nin bu layihənin rəhbəri təyin edilməsi yerli mikroçip istehsalının Çin üçün nə cür böyük bir əhəmiyyətə malik olduğunu göstərir.
Donald Tramp dövründə tətbiq edilən sanksiyalar "Huawei Technologies" şirkətinin ağıllı telefon biznesinə mənfi təsir etmiş, həmçinin mikroçip istehsalçılarının şirkətin "HiSilicon" törəmə şirkətindən uzaqlaşmasına səbəb olmuşdur.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 17 san. əvvəl
-
- 3 d. əvvəl
- 9 d. əvvəl
- 16 d. əvvəl
-
18 d. əvvəl
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
-
22 d. əvvəl
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
- 36 d. əvvəl
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 50 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
Ən çox oxunanlar
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını açıqladı
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
Rəsmi məzənələr açıqlandı


























