Daha bir Azərbaycan şirkəti Ərəb Əmirliklərinə məhsul ixracına başlayır
“Grow Group Azerbaijan” MMC Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixracına start verib.
"Marja" xəbər verir ki, bunu “Grow Group Azerbaijan” şirkətinin sahibi İsgəndər Qurbanov bildirib.
“Şirkətimiz 2010-cu ildən fəaliyyət göstərir və üç əsas istiqamət üzrə ixtisaslaşıb. Biz müasir avtomatlaşdırılmış istixanaların tikintisi və servis xidmətləri məşğul olur və il boyu tərəvəz becərdiyimiz şəxsi istixanaları idarə edirik. Bizim şirkət Azərbaycan üzrə çoxsaylı layihələr reallaşdırıb, şirkətin Dağıstan və Rusiyada sifarişçiləri var. Biz hazırda Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixracına start veririk. Biz bu sərgidə dəfələrlə iştirak etmişik və bu bizim üçün böyük təbliğatdır və zənnimcə, imici formalaşdırır. Sərgi şirkət barədə bir daha məlumat vermək üçün yaxşı imkan yaradır”.
Tərəfdaşları barədə məlumat verən İsgəndər Qurbanov bildirib ki, bunlar Fransanın “Richel”, Niderland Krallığının “Stolze” şirkətləri və bir sıra digər müəssisələrdir:
“Qabaqcıl şirkətlərlə peşəkar əlaqələr bizim istifadəyə hazır şəkildə, hətta bəzən bitkilərlə birlikdə təhvil verdiyimiz istixanaların tikintisi üçün zəruri keyfiyyətli avadanlıqları əldə etməyə imkan verir. Biz məhsulların becərilməsinə görə cavabdehik. Biz ilk növbədə ən yaxşı sortları seçirik. İkincisi, bütün istixanalar “Priva” kompüter (hətta “I-pad”) sistemi vasitəsi ilə idarə olunur, zəruri miqdarda gübrə və digər əlavələr verilir.
Qeyd etmək istərdim ki, bizim şirkətin məsləhətçiləri xarici mütəxəssislərdir. Biz burada Gəncə Aqrar Universitetinə müraciət edir və gələcəkdə istixanaların istismarı üzrə zəruri xidmətlərin göstərilməsi üçün kadrlar hazırlamaq məqsədi ilə tələbələri təlimə dəvət edirik”.
“Grow Group Azerbaijan” MMC ən son standartlara cavab verən, Avropa texnologiyası və avadanlıqları ilə təchiz edilən, tam avtomatlaşdırılmış müasir plastik və şüşə istixana komplekslerinin satışı və quraşdırılması ilə məşğuldur. “Grow Group Azerbaijan” MMC yalnız istixana kompleksinin quraşdırılması və satışı ilə məşğul deyil. O həm də peşəkar istixana sənayesi üçün təchizatçı, quraşdırma təminatçısı və istixanada avadanlıqların düzgün istifadə edilməsi ilə bağlı məsləhətçidir.
“Grow Group Azerbaijan” MMC-nin nəzdnində fəaliyyət göstərən Bakı İstixana Kombinatı holland texnologiyası əsasında yüksək keyfiyyətli, ləzzətli və ən əsası, kimyəvi preparatlardan istifadə olunmadan əldə edilən təbii məhsulların yetişdirilməsi üzrə ixtisaslaşdırılmış bir müəssisədir. Burada yerləşən istixanalarda ilin bütün fəsillərində müxtəlif növ tərəvəz bitkilərinin yetişdirilməsi üçün hər bir şərait yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
-
50 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib





















