iPhone satışları 50 faiz artıb
ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple şirkəti bu ilin aprel-iyun dövründə gəlirinin və xalis mənfəətinin artdığını açıqlayıb.
Marja Apple-ın yaydığı məlumata istinadən xəbər verir ki, aprel-iyun dövrünü balansında üçüncü rüb olaraq qəbul edən şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 36% artaraq 81,4 milyard dollara çatıb. Şirkət, keçən ilin aprel-iyun dövründə 59,7 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin keçən ilin aprel-iyun dövründə 11,3 milyard dollar olan xalis mənfəəti da bu ilin eyni dövründə 21,7 milyard dollara yüksələrək 93% artıb. Şirkətin bir səhmə düşən mənfəəti 0,65 dollardan 1,30 dollara qalxıb.
Apple-ın ağıllı telefon və planşet satışları da eyni dövrdə artıb. Söz mövzusu dövrdə iPhone satışları təxminən 50% artaraq 39,6 milyard dollara, iPad satışları da 12% artımla 7,4 milyard dollara yüksəlib.
Mac satışları da eyni dövrdə 16% artımla 8,2 milyard dollar olub.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
11 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
12 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
12 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























