Elə sahədə 2-3 manata satılır
Faydalı və gəlirli tərəvəz hesab edilən sarımsağın becərilməsinə ölkəmizdə maraq artmaqdadır. Bərdə rayon Soğanverdilər kənd sakini Allahverdi Abdullayev də bu il 9 hektar sahədə sarımsaq bitkisi becərib.
Allahverdi Abdullayev bildirib ki, sarımsağın becərilməsi ilə hələ sovetlər dövründə məşğul olub. Sonrakı illərdə digər tərəvəz bitkiləri becərən fermer təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün yenidən sarımsaq becərmək qərarına gəlib: “Hazırda Azərbaycanda sarımsaq az becərilir, satış qiyməti isə yüksəkdir. Düşündüm ki, yeni becərmə texnologiyasından istifadə etməklə yüksək məhsuldarlıq əldə etmək və gəlir götürmək olar. Odur ki, sentyabr ayında sahələrə sarımsaq əkdik”.
Fermer deyir ki, müasir becərmə texnologiyalarından, tirəyə əkin və damcı suvarma üsulundan istifadə etməklə yüksək məhsuldarlığa nail olub: “Müasir üsulla becərmə bir qədər çox vəsait tələb etsə də, yüksək məhsul almaq mümkündür. Əgər ənənəvi üsulla sarımsaq bir cərgədə əkilirdisə, yeni üsulla iki cərgədə əkilir. Bitkinin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bu zaman suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, məhsuldarlıq yüksəlir. Belə ki, ənənəvi yolla becərmə zamanı məhsuldarlıq hər hektardan 9-10 ton olurdusa, yeni üsulla becərmə zamanı hektardan orta hesabla 16 ton sarımsaq götürülür”.
Hazırda sahələrdə sarımsaq yığımı davam edir. Fermer bildirir ki, istehsal olunan məhsul elə sahədə 2-3 manata satılır. Alıcılar sarımsağı birbaşa sahədə alaraq, ölkə daxilindəki bazarlara, həm də Rusiya bazarlarına çıxarırlar.
Təsərrüfatında növbəli əkin sistemi tətbiq edən A.Abdullayev qeyd edib ki, sarımsaq yığımı başa çatdıqdan sonra həmin sahədə yerkökü becərəcək. Fermer həmçinin sarımsaq əkini sahələrini daha da genişləndirməyi, sentyabr ayında 20 hektar sahədə sarımsaq əkməyi nəzərdə tutur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)






