“Qırmızı ürəklər” Fondunun 1 yaşı tamam oldu!
(®) Çoxsaylı xeyirxah əməllər həyata keçirən, indiyədək minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkənin bütün regionlarını əhatə edən “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 1 ili tamam oldu. Bununla bağlı 16 dekabr 2021-ci il tarixində “Four Seasons” otelində tədbir keçirildi.
Tədbirdə PAŞA Holdinqin və Kapital Bank-ın rəhbər şəxsləri, millət vəkilləri, donorlar, xaricdə yaşayan həmvətənlərimiz, fondun üzvləri, əməkdaşları və könüllüləri iştirak edirdi. Tədbirdə çıxış edən “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva fondun fəaliyyət istiqamətləri, gördüyü işlər, hesabatlar və gələcək planlar barədə ətraflı məlumat verdi. Həmçinin fondun ən fəal üzvləri xüsusi sertifikatlarla təltif edildi.
İndiyədək fond tərəfindən uşaq evlərində və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, regionlarda kütləvi ağacəkmə tədbirləri, sahilyani ərazilərdə təmizlik işləri, heyvan sığınacaqlarında dəstək aksiyaları keçirilib. “Qırmızı Ürəklər” fəaliyyətə başladığı gündən 2500 nəfərdən artıq donor tərəfindən, 300-dən artıq könüllülərin iştirakı ilə 2 milyon 200 min AZN məbləğində vəsait 15 mindən artıq insana ianələr şəklində xərclənib.
44 günlük Vətən Müharibəsi zamanı və sonrakı dövrdə qazi ailələrinin uzun və qısamüddətli himayəyə alınması, şəxsin və ailə üzvlərinin təhsil xərclərinin qarşılanması, müalicəsi, birdəfəlik və çoxsaylı pul və ərzaq yardımlarının paylanması, məişət və tibbi xərclərinin qarşılanması, ev şəraitinin yaxşılaşdırılması və yeni evlərin tikilməsi işləri də həyata keçirilib. Bundan başqa birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirilib. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra məşhur müğənnilər Sevda Ələkbərzadə, Zamiq Hüseynov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva və Miriyusif çıxış edərək “Qırmızı Ürəklər”i ad günü münasibətilə təbrik etdilər.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar. Xeyriyyə işlərinə ianələr etmək istəyənlər vəsaiti sayt vasitəsilə, heç yerə getmədən onlayn formada fondun hesabına köçürə bilərlər.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























