Neft pullarından 71,5 milyard manatlıq transfert
2003-2016-cı illərdə ARDNF tərəfindən dövlət büdcəsinə transfertin cəmi həcmi 71,5 milyard manat və ya ARDNF-nin bugünə qədər olan cəmi büdcə xərclərinin 89,9%-ni təşkil etmişdir.
“Marja” xəbər verir ki, ARDNF-nin 2016-cı il üzrə audit hesabatında bildirilir ki, 2016-cı ildə ARDNF-dən dövlət büdcəsinə transfert dövlət büdcəsinin gəlirlərinin 43,5%-ni, dövlət büdcə xərclə rinin isə 42,9%-ni təşkil etmişdir.
2016-cı ildə ARDNF-nin büdcə xərcləri 9 milyard 22,1 milyon manat (5 milyard 442,1 milyon ABŞ dolları) təşkil etmişdir. Bu xərclərin 84,4%-i və ya 7 milyard 615,0 milyon manatını dövlət büdcəsinə transfert ödənişləri təşkil etmiş, 15,4%-i və ya 1 milyard 387,0 milyon manatı ARDNF-nin büdcəsi çərçivəsində maliyyələşdirilən layihə və dövlət proqramları, 0,2%-i və ya 20,1 milyon manatı isə ARDNF-nin idarə edilməsi ilə bağlı xərclər təşkil etmişdir.
“2015-ci ildə olduğu kimi 2016-cı ildə də dövlət büdcəsinə transfertin həcminin azaldılması siyasəti davam etdirilmişdir. Belə ki, hesabat ilində dövlət büdcə- sinə transfertin həcmi 7 615,0 milyon manat təşkil etmişdir ki, bu da 2015- ci ilin eyni göstəricisi ilə müqayisədə 6,3% və ya 515 milyon manat aşağıdır”,- Hesabatda deyilir.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
3 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 13 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb


























