"Bəzi müəssisələr toyuq ətinə normadan çox su vurur"
Assosiasiya: Kiçik kəsim müəssisələri toyuq ətinə normadan artıq su vururAzərbaycanda kiçik broyler müəssisələri toyuq ətinə normadan çox su vurur.
“Marja” xəbər verir ki, bunu "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" (APEPEA) İctimai Birliyinin sədri Mürvət Həsənli Qida Təhlükəsizliyi Agenliyinin (AQTA) rəhbərliyi ilə görüşdə bildirib.
Onun sözlərinə görə, narahatedici məsələ kiçik kəsim müəssisələrinin toyuq ətinə normadan çox su vurması nəticəsində ümumilikdə broyler məhsuluna münasibətin pisləşməsidir. Qida təhlükəsizliyi dövlətin milli strateji təhlükəsizliyinin tərkib hissəsidir:
“Bu baxımdan, AQTA-nın üzərinə böyük məsuliyyət düşür. Biz Agentliklə yaxşı əməkdaşlıq edirik. Bir neçə dəfə ölkəyə yaşlıq quşların, istehsal müddəti göstərilmədən quş əti və yumurta idxalına dair faktları qurumun müvafiq qurumlarına təqdim etmişik və dərhal da tədbir görülüb. Assosiasiya üzvü olan istehsalçıların bir sıra problemləri var. Bunlardan biri pərakəndə ticarət şəbəkələrində saxlama avadanlıqlarının normalara cavab verməməsidir. Quş əti üçün zəruri olan temperarur rejimi təmin edilmir, nəticədə məhsulun keyfiyyəti aşağı düşür. Eyni zamanda geriqayıtma faizi yüksəlir ki, bu da bizə zərər vurur".
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
-
58 d. əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
2 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Ən çox oxunanlar
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq




















.jpg)





