Bakıda ilk dəfə Şaquli Qaçış Yarışı keçirildi - FOTOLAR
(®) 17 aprel tarixində Bakının ən yüksək Biznes Mərkəzi olan Çinar Plazada Gənclər və İdman Nazirliyinin və PMD-nin dəstəyi, Triterra Bakı Triatlon Klubunun təşkilatçılığı ilə unikal idman yarışması – SkyWinD Vertical Run Race (Şaquli Qaçış Yarışı) baş tutub.
Dünyaca məşhur bu idman yarışması Bakı şəhərində ilk dəfə olaraq təşkil olunub.
Yarışmanın məqsədi ictimaiyyətin diqqətini sağlam həyat tərzinə, insanların pozitiv-emosional inkişafına, beynəlxalq idman təcrübələrinin ölkəmizdə tətbiqinə, gender bərabərliyinə, asudə vaxtın səmərəli təşkil edilməsinə yönəltməklə yanaşı, Azərbaycanın müasir dövrdə inkişafını tərənnüm etdirən yeni biznes mərkəzlərin və şəhərimizin simasına gözəllik qatan görkəmli tikililərin tanınmasına töhfə vermək idi.
30-a yaxın idmançının iştirakı ilə baş tutan yarışma ədalətli və sağlam mühitdə keçirilib. Idmançılar 32 mərtəbə və 667 pilləkəndən ibarət olan hədəfi qısa zamanda qət edərək, finiş nöqtəsinə çatıb. İştirakçı və qaliblərə xatirə medalları və hədiyyələr Gənclər və İdman naziri cənab Fərid Qayıbov tərəfindən təqdim edilib.
Qeyd edək ki, PMD BMT-nin müvafiq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində həyata keçirilən Korporativ Sosial Məsuliyyət tədbirlərini bundan sonra da davamlı olaraq dəstəkləməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)






.jpg)









