Dövlət ərzaq məhsullarının alışın elektron portal vasitəsilə həyata keçirəcək
Nazirlər Kabineti “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarlara dəyişikliyi şərh edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması liberallaşdırılır. Qərarlar “Dövlət satınalmaları haqqında” qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 859 və 1439 nömrəli Fərmanlarına əsasən hazırlanıb.
Qeyd edilən Fərmana uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi olan “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılıb. Elektron portal vasitəsilə ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portal vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Adıçəkilən Fərmana uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına ərzaq məhsullarının satınalınmasının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə həyata keçirilməsi ilə əlaqədar satınalma şərtləri və bağlanılan müqavilə ilə bağlı, “Aqrar tədarük və təchizat” ASC-nin nizamnaməsinin layihəsində müvafiq dəyişikliklər edilir.
Eyni zamanda, satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin forması hazırlanıb.
Dəyişiklikdən sonra mikro və kiçik fermerlərin dövlət müəssisə və təşkilatlarının təchizatında iştirak imkanları genişlənəcək.
Paralel olaraq rəqabət mühiti təkmilləşdirildiyi üçün təchizat xərclərinin azaldılmasına imkan verəcək.
"Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsi dəyişib
Nazirlər Kabineti “Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, cəmiyyət ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili üçün digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxs olacaq.
Bundan əvvəl, cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxs idi.
Cəmiyyətin hüquqları və vəzifələri artırılıb:
- satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiyməti, növü, miqdarı və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı hər il avqustun 1-dək elektron portalda yerləşdiriləcək;
- Elektron portalda barəsində məlumat yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqini “Elektron kənd təsərrüfatı” informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə hər il oktyabrın 1-dək aparır və həmin monitorinqin nəticələrini elektron portala daxil edəcək;
- Satınalan təşkilatların müraciəti və (və ya) monitorinqin nəticələri əsasında satınalma və müqavilə şərtlərinə əməl etməyən ərzaq məhsulları istehsalçılarının və ya satıcılarının təkliflərinin 1 (bir) il ərzində elektron portalda yerləşdirilməsini məhdudlaşdırır, eləcə də bu sahədə yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktların tələbləri pozulduğu hallarda tədbirlərin görülməsi barədə aidiyyəti üzrə məlumat verəcək;
- elektron portaldan istifadəyə görə ödənilən vəsaitin məbləğini satınalma dövründə hər bir müqavilə üzrə bir dəfə müəyyən etməklə, elektron portaldan istifadəyə görə satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış müqavilə üzrə satılmış ərzaq məhsullarının dəyərinin 10 faizə qədərini satınalan təşkilatdan alır;
Elektron portalda barəsində məlumat yerləşdirilən istehsalçı və satıcıların fəaliyyətinin monitorinqi məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemindən, yerində baxış zamanı isə onlardan zəruri məlumatları əldə etmək isə Cəmiyyətin hüquqları sırasına daxil edilir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
29 d. əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
-
-
1 saat əvvəl
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
2 saat əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Ən çox oxunanlar
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq




















.jpg)




