Zelenski deyir ki, Ukraynanın bərpası üçün ən azı 600 milyard dollar lazımdır
Ukrayna prezidentinin sözlərinə görə, infrastruktur obyektlərinin, yaşayış massivlərinin və müəssisələrin bərpası üçün vəsait lazım olacaq.Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, ölkənin yenidən qurulması üçün ən azı 600 milyard dollar lazımdır.
Marja.az xəbər verir ki, o, çərşənbə axşamı The Wall Street Journal-ın təşkil etdiyi icraçı direktorların sammitində videoformatda çıxış edərək belə bir qiymətləndirmə edib.
Zelenski Ukraynanın hərbi əməliyyatlar başa çatdıqdan sonra bərpası üçün hansı vəsaitin lazım olacağı sualına cavab verib. Onun sözlərinə görə, "600 milyard dollar yalnız təxmini məbləğdir. "Söhbət infrastruktur obyektlərinin, yaşayış massivlərinin, müəssisələrin” bərpasından gedir", - Ukrayna lideri vurğulayıb.
“Biz məhv edilmiş hər şeyi bərpa edə biləcəyik və siz də bizim bərpamıza kömək edə bilərsiniz” deyən Zelenski qərbli sahibkarlara müraciət edərək, “Bu fürsətdən şirkətləriniz üçün istifadə edin, Kiyevdə ofislər tikin, Ukraynada şirkətlər yaradın və siz 40 milyondan çox bazara çıxış əldə edəcəksiniz. Bu, Avropanın ən böyüyüdür." O, həmçinin Qərb şirkətlərinə ölkədə işləmək üçün əlverişli şərait vəd edib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Vaşinqtonun Kiyevə əlavə 500 milyon dollarlıq iqtisadi yardım edəcəyini açıqlamışdı. Amerika lideri aydınlaşdırıb ki, bu vəsaitlər Kiyevə iqtisadiyyatı sabitləşdirmək, maaşları vermək və əhalini lazımi xidmətlərlə təmin etmək üçün verilir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























