Listinqə ilk dəfə daxil ediləcək səhmlərin emitentləri xidmət haqqından azad edilir
Səhm bazarı stimullaşdırılır.Qiymətli kağızlar bazarının təşviqi prosesinə növbəti dəstəkləyici tədbir olaraq, 1 avqust 2022-ci il tarixindən etibarən Bakı Fond Birjasının listinqinə ilk dəfə daxil ediləcək səhmlərin emitentləri 31 dekabr 2023-cü ilədək listinq üzrə xidmət haqqından azad edilir.
Birjanın yaydığı məlumatda bildirilir ki, bu addım BFB-də listinqdə olan səhmdar cəmiyyətlərin sayının artırılması və ümumilikdə BFB-nin bazar kapitallaşmasının yüksəldilməsinə hədəflənmişdir
Kapital bazarının təşviq edilməsi məqsədilə Bakı Fond Birjası tərəfindən bir neçə istiqamət üzrə tədbirlər həyata keçirməkdədir. Belə ki, özəl sektorun kapital bazarından maliyyələşmə təşəbbüslərinin və fond birjasında listinqinin təşviqi məqsədilə listinq tələbləri sadələşdirilmiş və kapital bazarında stimullaşdırıcı tarif rejiminin tətbiqinə başlanmışdır. Eyni zamanda, korporativ qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması məqsədilə Birja tərəfindən anderraytinq xidməti göstərən investisiya şirkətlərinin mükafatlandırılması mexanizmi tətbiq edilir. Bu isə öz növbəsində qiymətli kağızların kütləvi təklif üsulu ilə Birjada yerləşdirilməsi imkanlarına müsbət təsir göstərməkdədir. Bununla yanaşı, Birja tərəfindən müvafiq dövlət qurumları və investisiya şirkətlərinin iştirakı ilə paytaxtda və ölkəmizin regionlarında intensiv maarifləndirmə tədbirləri təşkil edilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 27 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























