10 min manatadək güzəştli kreditlərin əldə olunması asanlaşdırılıb
Sahibkarlığın İnkişafı Fondu (SİF) biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirir.
Fonddan verilən məlumata görə, bu məqsədlə SİF tərəfindən 10 min manatadək kredit ehtiyacı olan sahibkarlara münasibətdə yeniliyin tətbiqinə başlanılıb.
Fondla Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə qeyd edilib ki, 10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların investisiya layihələri üzrə fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməməsidir. Bu çətinliyin aradan qaldırılması məqsədilə kredit tələbatı 10 min manatadək olan və fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün həmin sənədi əvəz edəcək “Bildiriş forması” hazırlanıb. Bu forma sahibkarın müraciəti əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerlərdə fəaliyyət göstərən əməkdaşları (KOB Dostu) tərəfindən doldurulacaq və sahibkar tərəfindən müvəkkil kredit təşkilatına təqdim ediləcək. KOB Dostu sahibkarın fəaliyyət göstərdiyi yerə baxış keçirərək qeyd edilən yer və ya əmlakın maddi-texniki təchizatına dair məlumatları “Bildiriş forması”na əlavə edəcək və bu forma sahibkarın fəaliyyət göstərəcəyi yerə dair sənəd kimi qəbul olunacaq.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























