ABB mobile istifadəçilərinin sayı 1 milyonu ötdü!
(®) ABB-nin mobil bank əlavəsi olan ABB mobile tətbiqindən istifadə edənlərin sayı 1 milyonu ötüb.
Tətbiqin 1 milyonuncu istifadəçisi 54 yaşlı Əzət Hacıyevaya ABB-nin hədiyyəsi təqdim olunub. Əzət Hacıyeva Bakıdakı idman klublarından birinin əməkdaşıdır. İki övladı, iki nəvəsi var. ABB mobile tətbiqini Bankın Nizami filialında olarkən bank əməkdaşının tövsiyəsi ilə yükləyib. Bir neçə dəfə istifadə edəndən sonra onun əksər bank xidmətlərindən yararlanmaq üçün nə qədər rahat olduğunu görüb. Əzət Hacıyeva ABB mobile tətbiqindən istifadəni hamıya məsləhət görür: “Ətrafımda çoxları ABB mobile-dən istifadə edirdilər. Onun imkanlarından danışırdılar. Maraqlı idi, amma nə gizlədim, mənə bir az çətin gəlirdi. İndi isə görürəm ki, nə qədər sadə və rahatmış. Adam hər yaşda belə faydalı yeniliklərə öyrəşməlidir”.
Təxminən iki il əvvəl istifadəyə verilmiş ABB mobile tətbiqi mütəmadi olaraq təkmilləşdirilir. Ona yeni funksiyalar, imkanlar əlavə edilir. Bu tətbiq vasitəsilə cəmi bir neçə toxunuşla bir çox ödənişləri (dövlət ödənişləri, kommunal, mobil rabitə, internet, televiziya və s.), bank əməliyyatlarını aparmaq, kart hesablarını idarə etmək, bank məhsullarını, o cümlədən kreditləri onlayn sifariş vermək mümkündür. Tətbiq istifadəçiləri ABB mobile vasitəsilə apardıqları ödənişlər zamanı Faydalar toplayaraq onları pula, yaxud hədiyyələrə dəyişə bilirlər. Tətbiqə qoşulmaq və istifadə pulsuzdur. ABB mobile-ı buradan yükləmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























