Azərbaycanda neft və qaz hasilatı azalıb
neft hasilatı 6,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalmışdır.Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar ayında 6,5 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 4,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,0 faiz artmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 74,1 faizi mədənçıxarma sektorunda, 20,5 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalmışdır.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı 80,3 faiz, poliqrafiya məhsullarının istehsalı 75,6 faiz, kağız və karton istehsalı 44,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 44,6 faiz, elektrik avadanlıqlarının istehsalı 30,9 faiz, geyim istehsalı 25,4 faiz, içkilərin istehsalı 24,1 faiz, tikinti materiallarının istehsalı 20,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 17,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,9 faiz artmış, qida məhsullarının istehsalı 0,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,6 faiz, tütün məmulatlarının istehsalı 4,2 faiz, neft məhsullarının istehsalı 9,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,1 faiz, mebel istehsalı 18,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 23,5 faiz, hazır metal məmulatlarının istehsalı 24,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 37,7 faiz, əczaçılıq məhsullarının istehsalı 45,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 49,8 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,4 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)








