Laçında yanacaqdoldurma stansiyası istifadəyə verilib
İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə “SOCAR Petroleum” QSC Laçın şəhərində "SOCAR" brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verib.
Bu barədə “SOCAR Petroleum” məlumat yayıb.
Bildirilir ki, modul tipli YDS Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub. “Aİ-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
“SOCAR Petroleum"un məlumatına görə, eyni zamanda, son dövrlər ölkəmizdə elektrik mühərrikli avtomobillərə olan marağın sürətlə artmasını nəzərə alaraq, Laçında istifadəyə verilən modul tipli YDS-də elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.
Hazırda Şuşa şəhəri, Ağdam, Qubadlı (Eyvazlı kəndi) və Xocavənd (Hadrut qəsəbəsi) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Laçın şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən SOCAR brendli ikinci stansiyasıdır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərinin sayı 5-ə, ümumilikdə isə ölkə ərazisində 45-ə çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























