Azərkosmos İsrailin “Spacecom” peyk operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Azərkosmos İsrailin “Spacecom” peyk operatoru ilə uzunmüddətli layihələrin birgə həyata keçirilməsinə dair əməkdaşlıq müqaviləsi imzalayıb.
Azərkosmosdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, AMOS telekommunikasiya peyklərinin operatoru olan “Spacecom” Yaxın Şərq, Avropa və Şimali Amerikada fəaliyyət göstərir.
Məlumatda qeyd edilib ki, Azərkosmosla əməkdaşlıq sayəsində Azerspace peyklərinin imkanlarından istifadə edərək “Spacecom” şirkəti xidmət coğrafiyasını genişləndirəcək, xüsusilə Afrika regionunda peyk xidmətləri və mobil rabitənin verilməsi üzrə layihələr həyata keçirəcək.
Yüksək ötürmə qabiliyyətli peyklərə malik olan “Spacecom” Azərkosmos-un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən teleport xidmətlərindən də istifadə etməklə müştərilərinə xidmət göstərəcək.
“Əməkdaşlığımız Azərkosmos və “Spacecom” arasında birgə inkişafa gedən yolun başlanğıcıdır. AMOS peykləri vasitəsilə Avropa, Afrika və Asiyadan olan müştərilərimizin sayını artıracağıq”, – deyə Azərkosmosun sədr müavini Fuad Aslanov bildirib.
“Spacecom”un Gəlirlər üzrə baş direktoru Yon Rozenberq qeyd edib: "Azərkosmosun telekommunikasiya və teleport xidmətlərindən istifadə etməyimiz kosmosla bağlı birgə fəaliyyətimizin inkişafı üçün mühüm addımdır. Azerspace peykləri Afrika bazarındakı ən dinamik peyklərdəndir və rəqəmsal yayım sahəsində keyfiyyətli xidmətlər təqdim ediləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























