Təmas xəttində gərginlik davam edir- Ermənistan ordusu ciddi itki verir
14:20
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.
Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.
Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.
XXX
Ermənistan MN: "Döyüşlər zamanı üç hərbçi - iki sıravi əsgər və bir zabit ölüb"
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə Tavuş vilayətinin Çinari kəndi istiqamətində gedən ağır döyüşlər zaman itki verdiklərini təsdiqləyiblər.
Qarşı tərəf üç hərbçinin - iki sıravi əsgərin və bir zabitin öldüyünü açıqlayıb.
"Ölənlər baş-leytenant Şavarş Melikyan, sıravi əsgərlər Edqar Narayan və Erik Abovyandır", - bildirilir.
12:18
Bu gün səhər saatlarında Azərbaycan-Ermənistan sərhədində Tavuş vilayətinin Çinari kəndi istiqamətində Azərbaycan ordusunun “diversiya həmləsi” qeydə alınıb.
Belə bir iddia ilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan çıxış edib.
Döyüşün hələ də davam etdiyini deyən MN rəsmisi deyib ki, tərəflər snayper silahlarından və qumbaraatanlardan istifadə edir.
Ermənilər bu döyüşlər zamanı ciddi itki verdiklərini etiraf ediblər. Ermənistanın Tavuş vilayətinin qubernatoru Ovik Abovyan bu gün səhər başlayan döyüşlər zamanı üç hərbçinin - iki sıravi əsgərin və bir zabitin öldüyünü açıqlayıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı nə təsdiq, nə də təkzib ediblər. Bununla bağlı yaxın saatlarda açıqlama veriləcəyi bildirilib.
® İstiPress
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 34 d. əvvəl
-
-
36 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
51 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
3 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı



























