970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir

Artıq Danissimo məhsullarə "Milla Dairy" MMC-nin müasir istehsal sahəsində Danone-un beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olaraq istehsal olunur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Milla Dairy" MMC qlobal süd məhsulları lideri Danone ilə müqaviləli istehsal üzrə strateji əməkdaşlığa start verir və tərəfdaşlığın əhatə dairəsini genişləndirir.

Bu təşəbbüs şirkətin yerli bazardakı mövqeyini daha da gücləndirir və beynəlxalq genişlənmə strategiyasında yeni mərhələnin əsasını qoyur.

Əməkdaşlıq çərçivəsində Danissimo brendi altında məhsullar artıq Milla Dairy MMC-nin müasir istehsal sahəsində Danone-un beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olaraq istehsal olunur.

İstehsal proqramına 200 ml həcmində, müxtəlif dad seçimləri ilə təqdim olunan süd kokteylləri daxildir. Bütün məhsullar təsdiq edilmiş resepturalar, texniki spesifikasiyalar və ciddi keyfiyyətə nəzarət prosedurları əsasında istehsal olunur.

Layihə həm daxili bazarı, həm də regional ixrac imkanlarını əhatə edir. Məhsulların Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun bir sıra ölkələrinə ixracı nəzərdə tutulur. Bu əməkdaşlıq istehsal güclərinin səmərəli istifadəsini təmin etməklə yanaşı, regionda dayanıqlı və çevik təchizat modelinin formalaşdırılmasına töhfə verir.

Strateji tərəfdaşlıq çərçivəsində tətbiq ediləcək innovativ yanaşmalar və qabaqcıl texnologiyalar Milla Dairy MMC-nin davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Layihə şirkətin məhsul portfelini genişləndirəcək, regional bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək və istehlakçılara yeni, yüksək keyfiyyətli seçimlər təqdim edəcək.

Tərəflər əməkdaşlığın mərhələli şəkildə genişləndirilməsini və uzunmüddətli əsasda inkişaf etdirilməsini planlaşdırırlar.

milla dairy mmc danone ilə əməkdaşlıq milla dairy danone müqaviləli istehsal danissimo süd kokteyli milla dairy istehsal sahəsi danone süd məhsulları azərbaycanda süd məhsulları istehsalı süd kokteyli 200 ml danissimo danone keyfiyyət standartları qida təhlükəsizliyi standartları süd məhsulları milla dairy məhsulları azərbaycan süd sənayesi milla dairy ixrac planları cənubi qafqaz süd məhsulları bazarı mərkəzi asiya süd məhsulları ixracı regional süd məhsulları istehsalı danone azərbaycan bazarı milla dairy məhsul portfeli azərbaycanda qida sənayesi rəqabətqabiliyyətli süd məhsulları innovativ qida texnologiyaları dayanıqlı təchizat modeli qida sənayesində beynəlxalq tərəfdaşlıq azərbaycan süd məhsulları ixracı marja.az iqtisadiyyat xəbərləri marja.az şirkət xəbərləri azərbaycanda istehsal xəbərləri
20.05.2026 07:36
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19