Elit buğda toxumlarının satış qiymətinə dair hədd dəyişib
Elit buğda toxumları xərclərinin 70 faizindən yuxarı olmayan qiymətə toxumçuluq təsərrüfatlarına satılacaqNazirlər Kabineti ”Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” qərarda dəyişiklik edib.
Hazırda Aqrar Elm Mərkəzinin təsərrüfatlarında büdcə vəsaiti hesabına istehsal edilmiş elit toxumlar onun istehsalına çəkilən xərclərin 50 faizi ödənilməklə, toxumçuluq təsərrüfatlarına verilir və əldə edilmiş vəsait təsərrüfatın maddi-texniki bazasının gücləndirilməsinə yönəldilir.
Dəyişikliyə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə və təşkilatları tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi kvota əsasında istehsal edilən elit toxumlar istehsal xərclərinin 70 faizindən yuxarı olmayan qiymətə toxumçuluq təsərrüfatlarına satılır və əldə edilən vəsait həmin elmi müəssisə və təşkilatların işçilərinin sosial müdafiəsinin və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
Nazirlər Kabinetindən verilən şərhdə bildirilib ki, qərarda buğda bitkisi ilə yanaşı, digər kənd təsərrüfatı bitkilərinin də orijinal, superelit və elit toxumlarının istehsalına çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi və həmin toxumların toxumçuluq təsərrüfatlarına satılması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub.
Qərarla orijinal, superelit və elit toxumların istehsalına çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı mexanizmin yaranmasına və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin toxum istehsal edən elmi müəssisə və təşkilatları tərəfindən orijinal, superelit və elit toxumların istehsalının genişləndirilməsinə imkan yaranacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 36 d. əvvəl
-
57 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















