970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"

AzVak-mobil_resmin_ustu_31
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Qəbul olunacaq kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar mütləq şəkildə Mərkəzi Bankdan lisenziya almalıdırlar.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, lisenziya almaq üçün kifayət qədər sərt və ciddi tələblər müəyyən edilib:

"Həmin tələblərə cavab verməyən təşkilatlar lisenziya ala bilməyəcəklər. Lisenziya əldə etdikdən sonra isə onların fəaliyyətinə davamlı nəzarət həyata keçiriləcək. Bu istiqamətdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması əsas prioritetlərdən biridir".

O qeyd edib ki, kriptoaktivlər və ümumilikdə kriptobazarda baş verən proseslər innovasiya və yeniliklər gətirsə də, bu sahə eyni zamanda ciddi risklər də daşıyır:

"Buna görə də Mərkəzi Bankın əsas məqsədi yalnız innovasiyaların təşviqi deyil, həm də maliyyə sabitliyinin və təhlükəsizliyin qorunmasıdır. Məhz bu səbəbdən qeyd olunan məsələlər həm qanun layihəsində, həm də sonradan qəbul ediləcək normativ qaydalarda öz əksini tapacaq".

İş elanları AzVak.az-da

© APA

29.06.2026 13:03
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19

Ən çox oxunanlar