Azərbaycanda dövriyyədə olan nağd pullar 1,6 milyard manatdan çox artıb
Bu ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanda dövriyyədə olan nağd pullar 1 milyard 628,8 milyon manat artaraq oktyabr ayının sonunda 16 milyard 343,2 milyon manata çatıb.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Ötən ilin sonunda Azərbaycanda dövriyyədə olan nağd pullar 14 milyard 714.4 milyon manata çatmışdı. 2021-ci ilin sonunda isə dövriyyədə olan nağd pullar 12 milyard 310 milyon manat təşkil etmişdi.
Təkcə oktyabr ayında dövriyyədə olan nağd pullar 185,5 milyon manat artıb.
Oktyabr ayının sonunda dövriyyədə olan nağd pulların pul bazasında (19 milyard 955,3 milyon manat) xüsusi çəkisi 81,4% təşkil edir. Ötən ilin sonunda bu nisbət 70,4%, 2022-ci ilin sonunda isə 62,3% idi.
Pul bazasına - dövriyyədə olan nağd pullar və müxbir hesablar (o cümlədən müxbir hesablar) daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 35 d. əvvəl
-
56 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























