Azərbaycanda SIM-kartların satışı mərkəzləşdiriləcək
2017-ci ilin ilk aylarında Azərbaycanda mobil rabitə operatorlarının SIM-kartlarının mərkəzləşdirilmiş satış sisteminin tətbiq olunacağı gözlənilir. Bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Məlumata görə, söhbət operatorların abunəçilərinin onlayn rejimdə müəyyənləşdirilməsinə imkan verən sistemdən gedir. SIM-kartın satışı zamanı abunəçi haqqında məlumat həm operatorun məlumat bazasına, həm də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinə daxil ediləcək.
Hökumətin SIM-kartların satışı proseduruna dəyişikliklər barədə müvafiq qərarına uyğun olaraq, kartların qeydiyyatı mərkəzləşdirilmiş və bütün operatorlar üçün vahid qaydada aparılacaq. Bu addım həmin sahədə olan çatışmazlıqları aradan qaldırmağa və satışları sistemləşdirməyə imkan verəcək.
© Trend
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























