FED faiz qərarını açıqladı
FED iyul iclasında faizlərini dəyişməyərək 5,25-5,50 faiz aralığında saxlayıb.ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, gözlənildiyi kimi, FED faiz dərəcələrini dəyişməyərək son 23 ilin ən yüksək səviyyəsində saxlayıb.
FED iyul iclasında faizlərini dəyişməyərək 5,25-5,50 faiz aralığında dəyişməz saxlayıb.
Bank inflyasiyanın hədəfə doğru getdiyini bildirib və faiz dərəcəsinin aşağı salınmasının qaçılmaz olduğuna işarə edib.
Bloomberg sorğusuna qatılan iqtisadçılar da faiz dərəcələrində dəyişiklik gözləmirdilər. FED 2023-cü ilin iyul ayından etibarən faiz dərəcələrini bu səviyyədə saxlayır.
FED İyun iclasında faiz dərəcələrini sabit saxlasa da, bu il üçün faiz endirimi proqnozunu 3-dən 1-ə endirib. İclasda 2024 və 2025-ci illər üçün inflyasiya proqnozlarına yuxarıya doğru yenidən baxılıb.
FED yaydığı press-relizində, məşğulluğun yavaşladığını, lakin işsizlik səviyyəsinin hələ də aşağı olduğunu qeyd edib.
Bakı vaxtı ilə saat 22:30-da FED sədri Jerome Powell mətbuat konfransında açıqlamalar verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
-
10 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 28 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyulun 1-də gözlənilən hava şəraiti
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb


























