970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır

Rəsmi Bakı İsrail hökumətini qondarma “erməni soyqırımı” ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
iç səhifə xəbər şəkil altı (mobil)_32

İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara dair şərhində deyilir.

Reklam_3_11

Bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.

“Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.

İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.

Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”, - Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Qeyd edək ki, İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib. İsrailin xarici işlər naziri Gideon Saarın sözlərinə görə, qərar şəxsən öz tərəfindən irəli sürülən qətnamə layihəsi əsasında qəbul edilib.

“Osmanlı İmperiyasının son illərində erməni xalqına qarşı törədilmiş soyqırımının tanınması həm mənəvi, həm də tarixi borcdur”, – Saar qeyd edib.

Layihə səsvermə üçün Knessetin plenar iclasının gündəliyinə çıxarılacaq.

İş elanları AzVak.az-da

İsrail İsrail hökuməti Azərbaycan XİN Xarici İşlər Nazirliyi erməni soyqırımı qərarı qondarma erməni soyqırımı İsrailin qərarı Gideon Saar Knesset İsrail parlamenti Azərbaycan İsrail münasibətləri Azərbaycan XİN bəyanatı XİN şərhi 1915-ci il hadisələri tarixi həqiqətlər tarixi proseslərin siyasiləşdirilməsi beynəlxalq hüquq regionda sülh davamlı sülh barışıq səyləri qarşılıqlı anlaşma siyasi qərar hüquqi və elmi əsaslar Osmanlı İmperiyası erməni məsələsi İsrail xarici işlər naziri Gideon Saar açıqlaması Knesset plenar iclası İsrail qətnaməsi Azərbaycan diplomatiyası Azərbaycan mövqeyi Ermənistan Türkiyə regional ziddiyyətlər tarixi həqiqətlərin müdafiəsi Marja siyasi xəbərlər
29.06.2026 10:32
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar