Avropa Mərkəzi Bankı faiz dərəcələrini azaltdı
Avropa Mərkəzi Bankı (AMB, ECB) bu ilin ikinci faiz endirimi qərarını qəbul edib. ECB, inflyasiya Bankın 2%-lik hədəfinə yaxın olduğu və bölgədə iqtisadi artım yavaşladığı üçün, gözlənildiyi kimi depozit faizini 0,25 faiz bəndi azaldaraq 3,50%-ə endirib.Avropa Mərkəzi Bankı (AMB, ECB) inflyasiyanın yavaşlaması və iqtisadi artımın düşməsi səbəbindən faiz dərəcələrini yenidən endirib.
Marja.az xəbər verir ki, Bank depozit faizini 0,25 faiz bəndi də azaladaraq 3,75 faizdən 3,50 faizə endirib.
Həmçinin yenidən maliyyələşdirmə dərəcəsi və marjinal maliyyələşdirmə imkanı 0,60 faiz bəndi azaldılaraq müvafiq olaraq 3,65 faizə və 3,90 faizə endirilib.
Beləliklə, depozit faizi ilə yenidən maliyyələşdirmə faizi arasındakı fərq 0,50 faiz bəndindən 0,15 faiz bəndinə endirilib. Depozit faizi ilə marjinal maliyyələşdirmə faizi arasındakı fərq isə 0,25 faiz bəndində sabit qalıb.
“İdarə Heyəti inflyasiya proqnozuna, inflyasiyanın əsas dinamikasına və pul siyasəti qərarlarının ötürülməsinin gücünə dair yenilənmiş qiymətləndirmələrə əsaslanaraq faiz dərəcəsinin yumşaldılması üçün növbəti addımın atılması məqsədəuyğun hesab etmişdir”, - Bankı press-relizində deyilir.
İqtisadi proqnozlar da açıqlanıb
Bankın iqtisadi proqnozları da açıqlanıb. Müvafiq olaraq, Avropa Mərkəzi Bankı inflyasiyanın 2024-cü ildə 2,5 faiz, 2025-ci ildə 2,2 faiz, 2026-cı ildə isə 1,9 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bu proqnozlar iyun ayında verilən proqnozlarla eyni səviyyədədirlər.
Gələn ilin ikinci yarısında inflyasiyanın hədəfə doğru enməsinin gözlənildiyi, xidmət inflyasiyasının gözləniləndən yüksək olması səbəbindən 2024 və 2025-ci il üçün baza inflyasiya proqnozlarının bir qədər yuxarıya doğru yenidən nəzərdən keçirildiyi qeyd edilib.
Bank 2024-cü il üçün Avro Bölgəsi üzrə iqtisadi artım proqnozunu 0,8 faiz olaraq açıqlayıb, 2025-ci il üçün proqnozunu 1,3 faizə, 2026-cı il üçün 1,5 faizə endirib.
ECB İyun ayında da faiz dərəcələrini 0,25 faiz bəndi azaltmışdı.
ECB 2024-cü il üçün iqtisadi artım proqnozunu "növbəti bir neçə rüb ərzində daxili tələbin daha zəif töhfəsini" əsas gətirərək, əvvəlki 0.9% proqnozundan bir qədər azaldaraq 0.8%-ə endirdib.
Bir çox bazar iştirakçıları üçün əsas sual ECB-nin sentyabr ayında faiz dərəcələrini endirib-endirməyəcəyi deyil, mərkəzi bankın bundan sonra nə edəcəyinə dair hər hansı ipucu verib-verməyəcəyi idi.
ECB-nin İdarə Heyəti, məlumatlardan asılı olaraq qərar qəbul edəcəklərini bir daha təkrarlayıblar.
İqtisadçılar, ECB-nin oktyabrın 17-də faiz endiriminə fasilə verib-verməyəcəyi ilə bağlı fikir ayrılığına düşüblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 44 d. əvvəl
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
-
1 saat əvvəl
İcbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb
-
1 saat əvvəl
Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Fevralın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər
ABŞ Ermənistana 11 milyon dollarlıq PUA satır



























