Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cümə axşamı günü ABŞ-da statistik məlumatların açıqlanması fonunda EUR/USD valyuta cütlüyü ilk öncə 1.1140 səviyyəsindən 1.1188 səviyyəsinə qədər kəskin bahalaşsa da, sonra bir qədər ucuzlaşıb və hal-hazırda 1.1160 səviyyəsində ticarət olunur. Yen təzyiq altında qalmağa davam edir. USDJPY cütlüyü sentyabr ayının 2-dən bəri ən yüksək həddinə çatıb. Belə ki, valyuta cülüyü ötən gündən indiyə qədər 144.100 həddindən 146.470 həddinə qədər bahalaşıb.
Ötən gün İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsinin 25 baza bəndi azaldaraq 2023-cü ilin əvvəlindən bəri ən aşağı səviyyə olan 1.00% həddinə qədər endirdi. Eləcə də, “GfK” araşdırma şirkətinin verdiyi məlumata əsasən, Almaniya iqtisadiyyatına İstehlakçıların İnam İndeksi oktyabr ayında -21.9 bənd səviyyəsindən -21.2 bənd səviyyəsinə qədər artıb.
Verilən rəsmi məlumatlara əsasən, ABŞ iqtisadiyyatı ikinci rübdə böyüyüb və bu, əsasən istehlak xərcləri ilə bağlıdır. Ölkənin Ticarət Departamenti cümə axşamı yekun məlumatlara istinadən bildirib ki, 2024-cü ilin ikinci rübündə ABŞ-ın ÜDM-i bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.0% artıb. Göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb. Birinci rüb üzrə göstərici yenilənib və artım tempi 1.4%-dən 1.6%-ə yüksəldilib.
Həmçinin, ötən həftə üzrə ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 222 mindən 218 minə qədər azalıb. Ekspertlər isə göstəricinin 224 minə qədər artacağını proqnozlaşdırmışdılar. Əlavə olaraq, ölkədə uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş məhsulların istehsal həcmi iyul ayı ilə müqayisədə avqust ayında dəyişməyib.
“Bitcoin” (BTC) məzənnəsi 65000$ həddini keçib. 26 sentyabr axşamı aktivin qiyməti avqustun əvvəlindən bəri ilk dəfə olaraq 65840$ səviyyəsinə çatıb. Kriptovalyuta bazarının kapitallaşması bir gün ərzində 0.4% artaraq 2.38 trilyon dollar təşkil edib. Təkcə “Bitcoin”-ın ümumi bazar dəyəri 24 saat ərzində demək olar ki, 20 milyard dollar həcmində artıb.
Bugün ABŞ-da şəxsi xərclərlə bağlı dərc olunacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq. Analitiklərin fikrincə, Amerika əhalisinin şəxsi xərcləri iyul ayı ilə müqayisədə, avqust ayında 0.3% artıb. Həmçinin, ölkənin ticarət saldosu göstəricisi açıqlanacaq. Əlavə olaraq, Almaniyada işsizlik səviyyəsinə dair rəqəmlər dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























