Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da inflyasiyaya dair göstəricilərin proqnozların üzərində dərc olunması fonunda beynəlxalq birjalarda dolların major valyutalar qarşısında dəyəri demək olar ki, dəyişməyib.
EUR/USD valyuta cütlüyü cümə axşamı gününü 1.0935 səviyyəsində qarşılasa da, statistik məlumatlar açıqlandığından sonra 1.0899 həddinə qədər ucuzlaşıb. Lakin, cütlük bugün yenə 1.0935 hədlərinə qayıdıb.
GBP/USD cütlüyündə eniş tendensiyası davam edir. Qızıl isə 2604$ həddindən dəstək alaraq yenidən 2645$-a qədər bahalaşıb.
Dünən ABŞ-ın Əmək Nazirliyinin dərc etdiyi məlumata əsasən, sentyabr ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) ötən ilin eyni ayı ilə müqayisədə 2.5%-dən 2.4%-ə qədər enib. Qeyd olunur ki, istehlak qiymətlərinin artım tempi 2021-ci ilin fevral ayından bəri ən aşağı səviyyədədir. Aylıq ifadədə istehlak qiymətlərinin 0.1% artacağı proqnoz olunsa da, göstərici avqust ayında olduğu kimi 0.2% təşkil edib.
Həmçinin, ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı ötən həftə 33 min artaraq 14 ayın ən yüksək səviyyəsinə - 258 min həddinə çatıb. Qeyd olunur ki, artım qismən “Helen” qasırğasının təsiri ilə bağlı ola bilər. Ölkədə son dörd həftə ərzində müavinət üçün müraciətlərin ortalama sayı 224.25 mindən 231 minə qədər yüksəldi.
Bugün investorlar Böyük Britaniyada açıqlanacaq ÜDM, Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu, Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi, Türkiyədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və ABŞ-da dərc olunacaq İstehsal Qiymətləri İndeksi göstəricilərini diqqətlə izləyəcəklər. Analitiklərin proqnozlarına əsasən, avqust ayında Birləşmiş Krallığın aylıq ifadədə ÜDM-də dəyişikliyi 0.2% təşkil edib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlaıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























