Dollar Trampın irəlidə olması xəbəri ilə bahalaşdı
ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Donald Tramp öndədir. Trampın qələbə qazanması ehtimalı yüksəkdir.
Marja.az xəbər verir ki, Trampın öndə olması xəbəri ABŞ dollarının bahalaşmasına səbəb olur.
Donald Trampın Prezident seçilməsi ehtimalının yüksək olması səbəbindən dolların möhkəmlənməsi Meksika pesosu, avro və Yapon yeninə ciddi zərbə vurub.
Bakı vaxtı ilə saat 09:44-ə olan məlumata görə, Avro 1,6% ucuzlaşaraq 1,0755 dollara düşüb.
Dolların möhkəmlənməsi ilə Yapon yeninin itkiləri 1 faizi keçib.
Meksika pesosu da 2 faiz ucuzlaşıb.
İndoneziya Mərkəzi Bankı rupinin məzənnəsində volatilliyi azaltmaq üçün lazım gələrsə, müdaxilə etməyə hazır olduqlarını bildirib.
Neft Dolların bahalaşması ilə əlaqədar olaraq ucuzlaşıb. Brent neftinin qiyməti 1,4% geriləyərək 74,51 dollara geriləyib.
Qızılın qiyməti 0,1%-dən çox düşərək 2740 dollara geriləyib.
Donald Trampın iqtisadi siyasətlərinin ABŞ iqtisadiyyatını gücləndirəcəyi nəzərdə tutulur. Tramp Çin və Avropa daxil bir sıra ölkələrdən idxal edilən məhsullara əlavə gömrük rüsumlarının tətbiq edilməsinin tərəfdarıdır.
Dollar bütün digər əsas valyutalara qarşı bahalaşıb. Bazarlar, Trampın ikinci administrasiyasının aşağı vergilər və daha yüksək tariflər vasitəsilə inflyasiyanı artıracağını və bunun da FED-in faiz endirimlərini yavaşlatacağını proqnozlaşdırır.
Donald Tramp Rusiya Prezidenti Valdimir Putinə bir telefon zəngi ilə Ukraynadakı müharibəni dayandıracağını bildirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
14 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























