Azərbaycanın sığorta şirkəti ləğv olunur
"Bakı Sığorta" ASC ləğv olunduğunu elan edir.
Marja.az xəbər verir ki, bu barədə Şirkətin bildirişində deyilir.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər.
10 oktyabr 2024-cü il tarixində "Bakı Sığorta" ASC-nin Baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəyi bildirilmişdi. Yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmamışdı.
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (“Bakı Sığorta” ASC) İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında (Büro) iştirakına xitam verilmiş və şirkət Büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılmışdır. Oktyabr ayının əvvəlində İcbari Sığorta Bürosu yaydığı məlumatda bildirmişdi ki, qanunvericiliyin tələbləri nəzərə alınmaqla Büronun informasiya sistemində sığortaçının “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”(AVSMMİS), “Daşınmaz əmlakın icbari sığortası” (DƏİS) və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”(DƏMMİS) növləri üzrə yeni sığorta müqavilələri bağlaması imkanı dayandırılmışdır.
"Bakı Sığorta" ASC-nin nizamnamə kapitalının 93,32%-i “Bank Respublika” ASC-yə, 6,68%-i "Ekolizinq” MMC -yə məxsusdur.
İyun ayında Ramin Məmmədov “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini tərk edib. Daha sonra Oqtay Şeydabəyov “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)








