Türkiyədə KFC və Pizza Hut restoranları bağlana bilər
ABŞ-ın restoran şirkəti "Yum! Brands", Türkiyədə bütün KFC və Pizza Hut restoranlarını idarə edən "İş Gıda A.Ş" ilə françayzinq müqavilələrini ləğv etdiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Türkiyədə 283 KFC və 254 Pizza Hut restoranlarını əhatə edən xitam qərarını açıqlayan "Yum! Brands"ın bəyanatında, bu restoranların müvəqqəti bağlanmasının gözlənildiyi qeyd edilib.
Şirkət, ləğv edilmiş françayzinq müqavilələri çərçivəsində hüquqi əməliyyat başlatdıqlarını bildirib.
"Yum! Brands", Türkiyədəki fəaliyyəti ilə əlaqədar 2024-cü ilin dördüncü rübündə təxminən 60 milyon ABŞ dolları məbləğində vergi öncəsi xərclər gözləyir.
“Maliyyə narahatlığına görə tələsik verilən birtərəfli qərardır”
"İş Gıda" şirkəti "Yum! Brands"ın françayzinq müqavilələrinə xitam verməsi ilə bağlı açıqlama verib. Açıqlamada, maliyyə narahatlıqları səbəbiylə tələsik qiymətləndirmə nəticəsində verilən bu birtərəfli ləğv qərar ilə bağlı prosesin davam etdiyini bildirilib.
"İş Gıda" açıqlamasında aşağıdakıları qeyd edib:
"Yum! Brands"ın "İş Holding"in törəmə şirkəti "İş Gıda A.Ş. ilə" françayzinq müqaviləsinin ləğvi" ilə bağlı qərarı ilə bağlı bildiririk: Türkiyədə KFC və Pizza Hut restoranlarını işlədən "İş Gıda", 2020-ci ildə KFC, 2022-ci ildə Pizza Hut brendlərini qəbul edib və ilk 3 ildə 300 faizlik artımla restoranların ümumi sayını 537-yə çatdırıb.Təxminən 7 min işçisi olan "İş Gıda", 2023-cü ildə "Yum Brands Global" tərəfindən "Yum! Growth Partner" mükafatına layiq görülüb. Bütün KFC və Pizza Hut restoranlarımızın qlobal əməliyyat standartlarına uyğunluğu Yum tərəfindən müəyyən edilir. Markalar tərəfindən təsdiq edilmiş müstəqil auditor təşkilatları tərəfindən mütəmadi olaraq yoxlanılır və fəaliyyətimiz keyfiyyət standartlarına cavab verir. Bu birtərəfli ləğv qərarı ilə bağlı prosesin tələsik qəbul edildiyini ictimaiyyətə hörmətlə bildiririk. Maliyyə narahatlıqları səbəbiylə qiymətləndirmənin davam etdiyini elan edirik. Qeyd edək ki, hazırda bütün KFC və Pizza Hut restoranlarımız fəaliyyətini fasiləsiz davam etdirir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























