Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün dollar major valyutalar qarşısında artım tendensiyasını davam etdirib. EUR/GBP valyuta cütlüyündə isə dünən avro bir qədər ucuzlaşaraq öz mövqelərini itirib. Belə ki, cütlük 0.8283 səviyyəsindən 0.8406 səviyyəsinə qədər bahalaşdıqdan sonra 0.8363 səviyyəsinə qədər geriləyib. Dolların bahalaşmağına baxmayaraq, qızıl da dəyər qazanıb. Dəyərli metal 2670$-ın üzərində ticarət olunur. Həmçinin, “Brent” markalı neftin bir barrel üçün qiyməti 77.50$ səviyyəsini keçib.
Cümə axşamı günü dərc olunan məlumatlara əsasən, Almaniyanın Ticarət Saldosunda müsbət dinamika oktyabr ayı ilə müqayisədə noyabr ayında 13.4 milyard avrodan 19.7 milyard avroya qədər artıb. Ölkəyə idxal 3.3% azalıb, ixrac isə 2.1% artıb. Eləcə də, Almaniyanın Sənaye Sektorunda İstehsal Həcmi noyabrda aylıq ifadədə 1.5% artıb, illik ifadədə isə 2.85% azalıb.
Los-Anceles ətrafında meşə yanğınları, o cümlədən, şəhərin tarixində "ən dağıdıcı təbii fəlakətlərdən biri" hesab edilən “Palisades” yanğını davam edir. Yanğınlarla bağlı qorxu və qeyri-müəyyənlik bir sıra şirkət səhmlərinin 8 yanvar çərşənbə günü 10%-dən çox ucuzlaşmasına səbəb oldu.
Yaponiyada Şəxsi Ev Təsərrüfatlarının Xərcləri noyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.4% azalıb və analitiklərin 0.6%-lik azalma proqnozlarının altında qalıb. Aylıq ifadədə göstərici 0.9%-lik azalma proqnozuna qarşı 0.4% artımla açıqlanıb.
Bugün Bakı vaxtı ilə saat 17:30-da dərc olunacaq ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) investorların diqqət mərkəzində olacaq əsas xəbərdir. Həmçinin, ölkə əhalisinin Orta Saatlıq Gəlirləri və İşsizlik Səviyyəsi göstəriciləri də maraqla izləniləcək.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























