Bakıda Qırğız Ticarət Evinin açılışı olub
Bakıda Qırğız Ticarət Evinin açılması münasibətilə tədbir keçirilib.
Səfir Maksat Mamıtkanov bildirib ki, bu kimi tədbirlər dost Azərbaycan və Qırğızıstan xalqlarının dostluğunu, habelə biznes dairələri arasında əməkdaşlığı möhkəmləndirəcək:
"Ötən ilin aprelində Qırğızıstan Prezidenti Sadır Japarovun səfəri zamanı müvafiq əməkdaşlıq bəyannaməsi, eləcə də Nazirlər Kabinetləri arasında da əməkdaşlığın genişləndirilməsi barədə sənəd imzalanıb. Əsas məqsədimiz regional əməkdaşlığı özündə ehtiva edən ortaq layihələrin icrasını təşviq etməkdən ibarətdir. Türk Ticarət Mərkəzi məhz buna xidmət edəcək".
"Okuklu Holding" şirkətinin baş direktoru Yılmaz Okuklu bildirib ki, Türk Ticarət Mərkəzi adlı layihə həyata keçirilməsi Azərbaycanın malik olduğu ticari imkanların daha geniş ictimaiyyətə çatdırması məqsədi daşıyır:
"Bu gün biz əlaqələrimizi daha da möhkəmləndirmək üçün bir sıra müqavilələrə də imza atacağıq. Əslində biz uzun illər əvvəl bilirdik ki, Azərbaycanın imkanları ona çox böyük fayda verəcək və biz ölkənizdə çox böyük potensialın formalaşmasını təmin edəcəyik. Ümid edirəm ki, bu Qırğız Ticarət Evinin açılışı əlaqələrimizi daha da möhkəmləndirəcək. Bizim şirkət Ələt limanı üzərindən qonşu dövlətlərə idxal-ixrac əməliyyatlarını genişləndirməkdə maraqlıdır".
Sonda paytaxtımızda Qırğız Ticarət Evinin açılmasını bildirən müqavilə imzalanıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






