FED-dən fasilə qərarı
FED 2025-ci ilin ilk iclasında faizlərini sabit saxladı. 2024-cü ilin sentyabr ayından bu yana ardıcıl 3 dəfə faiz endirimi edən FED, beləliklə faiz azaltmağa fasilə verib.ABŞ Mərkəzi Bankı (FED, ABŞ Federal Ehtiyat Sistemi) 2025-ci ilin ilk faiz qərarını açıqlayıb.
Marja.az xəbər verir ki, FED faizlərini 4,25% - 4,50% aralığında dəyişməz (sabit) saxlayıb. Faiz qərarı yekdilliklə qəbul edilib.
Beləliklə, FED faizlərin aşağı salınmasına fasilə (pauza) verib.
FED press-relizindən "inflyasiyanın 2 faizlik hədəfə doğru hərəkət etdiyinə" dair qeydi çıxarıb. Press-relizdə inflyasiyanın "bir qədər yüksək və iqtisadi proqnozların qeyri-müəyyən olduğu" vurğulanıb. Bildirilib ki, əmək bazarı güclü qalmaqda davam edir.
FED 2024-cü ilin Sentyabr ayından etibarən 3 iclasda faiz dərəcəsini 100 faiz bəndi azaldıb. Lakin ABŞ Prezidenti Donald Trampın tətbiq edəcəyi siyasətlərin qeyri-müəyyənliyi ilə bağlı olaraq FED gözləməyə üstünlük verib. Tramp faizlərin aşağı olmasının tərəfdarıdır.
ABŞ prezidenti Donald Trampın siyasətlərinin iqtisadi təsirlərinə aydınlıq gəlməyincə FED-in addım atmayacağı gözləntiləri var.
Tramp keçən həftə Davosda verdiyi açıqlamalarda demişdir: "Faiz dərəcələrinin dərhal aşağı salınmasını tələb edəcəm. Eyni şəkildə bütün dünyada faiz dərəcələri aşağı düşməlidir".
Digər tərəfdən, Trampın Meksika və Kanadadan gələn mallara 25 faiz idxal vergisi tətbiq etməklə hədələməsi inflyasiyanın daha da alovlanacağına dair gözləntiləri artırır.
FED-in növbəti faiz qərarı 19 Mart 2025-ci il tarixində açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz





















