Un qiymətlərinə endirim edildi!
Novruz bayramı və müqəddəs Ramazan ayı münasibətilə xüsusi endirim! “Abşeron Dəyirmanı” bayram ərəfəsində un qiymətlərinə endirim elan edir.(®) Azərbaycanın aparıcı taxıl emalı və un istehsalı müəssisələrindən biri olan “Abşeron Dəyirmanı” bolluq, bərəkət və birlik rəmzi olan Novruz bayramı və müqəddəs Ramazan ayı münasibətilə xüsusi endirim kampaniyasına start verir.
10-22 mart tarixləri arasında “Abşeron Taxıl” brendi altında istehsal olunan bütün növ yüksək keyfiyyətli un məhsulları istehlakçılara böyük endirimlərlə təqdim olunacaq.
Kampaniyanın əsas məqsədi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə qayğını ön planda tutaraq, Novruz bayramı ərəfəsində ailələrin ənənəvi bayram şirniyyatlarını daha sərfəli qiymətlərlə hazırlamasına dəstək olmaq, eləcə də, Ramazan ayında insanların çörək və digər un məmulatlarını daha münasib qiymətlərlə əldə etməsini təmin etməkdir.
2011-ci ildən etibarən Azərbaycan qida sənayesində etibarlılıq və keyfiyyət simvolu kimi tanınan “Abşeron Taxıl” MMC müasir texnologiyalarla təchiz olunmuş “Abşeron Dəyirmanı” vasitəsilə yerli və beynəlxalq bazarlara keyfiyyətli un məhsulları təqdim etməyə davam edir. Şirkət optimal səmərəliliyə malik gün ərzində 1 000 ton istehsal gücünə malik dəyirmanı, hər biri 6 000 ton tutumlu 10 taxıl saxlanc siloları (anbarları) və 3 500 tonluq müasir saxlama anbarı ilə Azərbaycanın ən böyük taxıl emalı komplekslərindən biridir.
Həm sənaye istehsalçıları, həm də fərdi istehlakçılar üçün beynəlxalq standartlara uyğun təkmilləşdirilmiş un çeşidləri təqdim edən “Abşeron Taxıl” Türkiyə, Suriya, İraq və digər beynəlxalq bazarlara məhsul ixrac edərək, premium səviyyəli un istehsalını və fasiləsiz təchizatını təmin edir. Şirkət qlobal tələblərə cavab verən müasir istehsal texnologiyaları ilə un sənayesində etibarlı tərəfdaş kimi tanınır.
“Abşeron Dəyirmanı” hər kəsi Novruz və Ramazan bayramlarının həmrəylik ruhuna uyğun olaraq sosial kampaniyadan faydalanmağa, ailə süfrələrini ənənəvi dadlarla bəzəməyə və birlikdə bayram sevincini paylaşmağa dəvət edir!
Məhsullar və kampaniya haqqında daha ətraflı məlumat almaq üçün:
“ABŞERON TAXIL” MMC (“ATS MİLL” MMC)
Ünvan: Şamaxı şossesi 129, AZ0100 Xırdalan / Azərbaycan
Telefon: (+994) 55 540 10 00
E-poçt: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)







