Milli İnsan Resursları Forumu 10-cu ilini qeyd edir!
Mayın 31-də Milli İnsan Resursları Forumu keçiriləcək.Bu il artıq 10-cu ilini qeyd edən Milli İnsan Resursları Forumu “Facemark” şirkətinin təşkilatçılığı ilə 31 may tarixində “Baku Marriott Hotel Boulevard”da keçiriləcək.
Ölkənin insan resursları və işgüzar mühitinin aparıcı simalarını bir araya gətirəcək bu forum, ölkəmizin ən nüfuzlu İR tədbirlərindən biri olaraq, müxtəlif sahələrdə effektiv idarəetmə, əmək bazarındakı yeni trendlər və innovativ insan resursları həlləri ətrafında müzakirə platforması yaratmaqdadır.
Müasir dövrdə insan resursları artıq yalnız idarəetmə funksiyası deyil, eyni zamanda insanları dinləmək, onların rifahını ön planda tutmaq və iş mühitində mənalı təcrübələr formalaşdırmaq missiyasını da daşıyır. Bu yanaşma forumun əsas mesajı olan “İnsana Dəyər” konsepti çərçivəsində xüsusi olaraq önə çıxarılacaq.
Forumun əsas məqsədi insan resursları sahəsindəki aktual məsələlərin işıqlandırılması, peşəkar spikerlərin bilik və təcrübələrinin paylaşılması, eyni zamanda açıq və interaktiv müzakirə mühiti yaratmaqdır. İnsan resurslarının gələcəyini formalaşdıracaq ideyaların və praktik həllərin önə çıxarılacağı bu tədbir, sahənin inkişafına öz töhfəsini verməyə davam edir.
500-dən çox yerli və beynəlxalq şirkət nümayəndəsinin iştirak edəcəyi forum İR sahəsinin peşəkarları ilə yanaşı, şirkət rəhbərləri, sahibkarlar, dövlət qurumlarının və özəl sektorun nümayəndələri qatılacaq.
Forum çərçivəsində “İnsana yeni dəyər”, “Təcrübəyə dəyər” və “Fərqli dəyər” adlı panellərdə peşəkar moderator və spikerlər çıxış edəcək, insan resursları sahəsində aktual çağırışlara cavab verən yanaşmalar və həll yollarını təqdim edəcəklər. Xüsusilə “İnsana dəyər” konsepti çərçivəsində, iş mühitində insan mərkəzli yanaşmanın təşviqi, əməkdaşların potensialının üzə çıxarılması və mənalı təcrübələrin yaradılması yolları ön planda olacaq.
Milli İnsan Resursları Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (www.mirf.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/mirfaze
Instagram: https://www.instagram.com/mirf.aze/
Linkedln: https://www.linkedin.com/company/mirfaze
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur















.jpg)




