Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftənin ilk günü ABŞ-Çin danışıqlarının nəticələrinin müsbət açıqlanması fonunda beynəlxalq birjalarda dollar major valyutalar qarşısında kəskin şəkildə bahalaşdı. EUR/USD məzənnəsi 1.10660, GBP/USD məzənnəsi 1.31390 hədlərinə kimi ucuzlaşdı. USD/CHF cütlüyü 0.84760, USD/JPY cütlüyü isə 148.640 hədlərinə kimi bahalaşdı.
Dolların bahalaşması qızılın “güvənli liman” maliyyə aləti kimi təzyiq altında qalması ilə nəticələndi. Qiymətli metalın dəyəri 3120$-a qədər endi.
Bazar ertəsi günü ABŞ və Çin qarşılıqlı şəkildə bir-birlərinin məhsullarına tətbiq olunan əksər gömrük rüsumlarının qüvvədən düşməsi barədə razılığa gəliblər. Bu, dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət gərginliyinin azalmasından xəbər verir.
“Biz 90 günlük fasilə və tarif dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması barədə razılığa gəldik. Hər iki tərəf qarşılıqlı tariflər üzrə rüsumlarını 115% azaldacaq,” – deyə ABŞ-ın maliyyə naziri Skott Bessent mətbuat konfransında bildirib. Beləliklə, ABŞ Çin mallarına tətbiq etdiyi rüsumları 145%-dən 30%-ə endirəcək, Çin isə ABŞ-dan idxala tətbiq olunan rüsumları 125%-dən 10%-ə endirəcək.
Ertəsi gün isə ABŞ-da İstehlak Qiymətləri İndeksinin proqnozların altında dərc olunması fonunda dollar major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşdı.
ABŞ-ın Əmək Nazirliyinin çərşənbə axşamı günü dərc etdiyi məlumatlara əsasən, ölkədə aprel ayında İstehlak Qiymətləri İndeksi (CPI) illik ifadədə 2.3% artıb. Artım tempi mart ayında qeydə alınan 2.4%-lik göstərici ilə müqayisədə zəifləyib. Analitiklər inflyasiyanın 2.4% həddində qalacağını proqnoz etmişdilər. Aylıq ifadədə istehlak qiymətləri aprel ayında 0.2% artıblar. Ekspertlər isə göstəricinin 0.3% təşkil edəcəyini ehtimal edirdilər. Ölkədə İstehlak Qiymətlərinin Baza İndeksi aylıq ifadədə 0.2%, illik ifadədə isə 2.8% artıb.
Hətta ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatına trilyonlarla dollar sərmayə cəlb etməyə yönəlmiş Fars körfəzi ölkələrinə turu da dollara dəstək ola bilmədi.
Həmçinin, cümə günü Almaniyada, Avrozonada və İngiltərədə proqnozların üzərində açıqlanan iqtisadi göstəricilər və Amerikada proqnozların altında dərc olunan istehsal inflyasiyası hesabatı da dollar üzərində təzyiqləri artırdı.
Bu həftə investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlər Avrozonada, Almaniyada, İngiltərədə İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehsal Qiymətləri İndeksi (PPİ), həmçinin, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi, Amerikada İşsizlik Müavinəti üçün Müraciətlərin sayı, Mövcud Ev Satışları, Yeni Mənzil Satışları, sənaye və xidmət sektorlarında PMİ göstəriciləri, eləcə də, Almaniyada dərc olunacaq ÜDM hesabatıdır.
Cari həftə ərzində həmçinin, Avstraliya Federal Ehtiyatlar Sisteminin faiz qərarı, Yeni Zelandiyada, Kanadada, Yaponiyada açıqlanacaq inflyasiya hesabatları, Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Ticarət Saldosu kimi önəmli iqtisadi göstəricilər dünya birjalarında qiymət tendensiyalarına ciddi təsir edə bilər.
EUR
Ötən həftəni neytral zonada (2-2 şamı ilə) tamamlasa da, yeni həftəyə sıçrayışla başladı və 1.11990 həddinə kimi bahalaşdı.
Lakin, hazırda 1.11800 hədlərində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.13000 həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə Avrozonada və Almaniyada açıqlanacaq CPİ və PPİ, sənaye və xidmət sektorlarında PMİ göstəriciləri, həmçinin, Almaniyada dərc olunacaq ÜDM hesabatı avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.
GBP
Ötən həftəni neytral zonada (2-2 şamı ilə) tamamlayan GBP/USD valyuta cütlüyü də yeni həftəyə “gap” ilə başladı və 1.33130 həddinə kimi bahalaşdı. Hazırda 1.32930 səviyyəsində ticarət olunan məzənnə 1.33000 həddinin altında qalsa, eniş tendensiyası daha da dərinləşə bilər.
Həftə ərzində İngiltərədən yayımlanacaq CPİ, xidmət sektorunda PMİ və kompozit PMİ göstəriciləri funt-sterlinqin dünya bazarlarındakı qiymətlərində ciddi dalğalanmalara səbəb ola bilər.
XAU/USD
Qızıl ötən həftə 3120$-a kimi ucuzlaşsa da həftənin son ticarət günü yenidən 3200$ həddinə kimi bahalaşdı. Hazırda 3210$-dan təklif olunan “sarı metal”ın qiyməti 3200$ həddinin altına düşsə, eniş tendensiyası daha kəskin xarakter ala bilər. Mümkün eniş ssenarisində qarşıda duran əsas psixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin əməkdaşları tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
5 saat əvvəl
Paşinyan Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
-
-
5 saat əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
-
6 saat əvvəl
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
-
7 saat əvvəl
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Ən çox oxunanlar
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub
Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
5 milyondan çox ziyan - Gömrük Komitəsinin vəzifəli şəxsləri və Hövsan Beynəlxalq Ticarət Limanının rəisi saxlanılıb
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs edilib
Ardıcıl 3 aydır Azərbaycanda orta maaş düşür














.jpg)
.jpg)



