Sahələrdən 2,2 milyon tondan çox məhsul yığılıb
Taxıl zəmilərinin 70,4 faizində biçin başa çatıb. Sahələrdən 2,2 milyon tondan çox məhsul yığılıb. Məhsuldarlıq 33,8 sent/ha təşkil edir.Ölkə üzrə payızlıq taxıl əkini aparılmış 61 rayondan 20-də biçin tam yekunlaşıb, o cümlədən 16 rayonda buğda, 34 rayonda arpa biçini tam başa çatıb.
Taxıl biçini ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyində yaradılmış Mərkəzi Qərargahın iyulun 4-nə olan operativ məlumatına əsasən, ölkə üzrə taxıl sahələrinin 70,4 faizi biçilib. Sahələrdən 2 213 592 ton taxıl, o cümlədən 996 336 ton buğda, 1 217 227 ton arpa yığılıb.
Qeyd edilib ki, taxıl üzrə ümumi məhsuldarlıq 33,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sent/ha çoxdur. Orta məhsuldarlıq göstəricisi buğdada 36,7 sent/ha, arpada 31,8 sent/ha çatıb.
Vurğulanıb ki, bu il respublikada taxıl üzrə orta məhsuldarlığın yüksək olmasında düzgün toxum seçimi, aqrotexniki qulluq qaydalarının vaxtında həyata keçirilməsi, xüsusilə alaq otlarına qarşı mübarizənin düzgün təşkili, məhsulun vaxtında və itkisiz yığılması, kombaynların sürətli dislokasiya planının hazırlanaraq həyata keçirilməsi əsas rol oynayıb.
Hazırda taxıl biçini əsasən respublikanın dağlıq və dağətəyi rayonlarında aparılır. Biçin prosesində 1 344 kombayn iştirak edir. Bunlardan 475-i “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin, 869-u isə fiziki və hüquqi şəxslərin balansında olan kombaynlardır.
Biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























