Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisinin açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bahalaşmaqda davam edir.
EUR/USD valyuta cütlüyü ötən gün 1.14600 səviyyəsinə qədər yüksəlsə də, yenidən 1.14050 səviyyəsinə qədər geriləyib. GBP/USD cütlüyü 1.32810 həddindən 1.31850 həddinə qədər ucuzlaşıb, USDJPY cütlüyü isə 148.580 həddindən 150.900 həddinə kimi artıb.
ABŞ prezidenti Donald Trampın imzaladığı yeni gömrük rüsumları ilə bağlı fərmanın qüvvəyə minməsi əvvəl planlaşdırıldığı kimi 1 avqustda deyil, bir həftə gec baş tutacaq. Bu tədbir gömrük və sərhəd xidmətinə yeni rüsumların yığılması üçün zəruri dəyişiklikləri həyata keçirməyə yetərli vaxt vermək məqsədi daşıyır. Ağ Evdən bildirib ki, rüsumların qüvvəyə minmə tarixinin dəyişdirilməsi rəsmi təxirə salma kimi qiymətləndirilməməlidir.
Kanadanın baş naziri Mark Karni bildirib ki, ABŞ prezidenti Donald Trampın Kanadaya qarşı ticarət rüsumlarının 1 avqustdan etibarən 25%-dən 35%-ə qaldırılması ilə bağlı imzaladığı fərman ölkə hökumətində məyusluq yaradıb. Buna baxmayaraq, Ottava Meksika və ABŞ ilə bağlanmış USMCA ticarət sazişinə sadiq qalmağa davam edir.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ əhalisinin gəlirləri 2025-ci ilin iyun ayında əvvəlki ayla müqayisədə 0.3% artıb. Eyni zamanda, xərclərdə də eyni səviyyədə – 0.3% artım qeydə alınıb. Şəxsi Xərclərin Qiymət İndeksi (PCE) iyun ayında aylıq ifadədə 0.3%, illik ifadədə isə 2.6% artıb. Həmçinin, ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan Core PCE indeksi iyun ayında illik ifadədə 2.8% artıb. Aylıq ifadədə göstərici may ayı ilə müqayisədə 0.2%-dən 0.3%-ə yüksəlib.
Eyni zamanda, Almaniyada illik inflyasiya iyul ayının yekunlarına əsasən əvvəlki ayla müqayisədə dəyişməyərək 2% səviyyəsində qalıb. Aylıq ifadədə isə Almaniyada istehlak qiymətlərinin 0.2%-ə qədər artacağı proqnoz olunsa da, göstərici 0.3%-ə yüksəlib. Baza inflyasiya iyun ayı ilə müqayisədə dəyişməyərək 2.7% səviyyəsində qalıb. İyul ayında ölkədə İşsizlik Səviyyəsi 6.3% təşkil edib. Həmçinin, Avrozonada iyun ayında işsizlik 6.2% səviyyəsində açıqlanıb.
Bu gün NFP göstəricisindən əlavə Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, Almaniyada, Avrozonda və ABŞ-da açıqlanacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və ABŞ-da dərc olunacaq Orta Saatlıq Əmək Haqqları və İşsizlik Səviyyəsi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
33 d. əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
2 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























