İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
“İDEAL KREDİT” Bank Olmayan Kredit Təşkilatı MMC 2025-ci ildə işçi sayını əhəmiyyətli dərəcədə artırıb.
Marja.az təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, BOKT-da işçilərin sayı 2025-ci ilin 1-ci rübündə 42 nəfər olduğu halda, 4-cü rübün sonunda 70 nəfərə çatıb.
Beləliklə, il ərzində “İDEAL KREDİT” BOKT-un işçi sayı 28 nəfər və ya 66,7 faiz artıb.
Rüblük dinamikaya əsasən, işçi sayı 2025-ci ilin 2-ci rübündə 54 nəfərə yüksəlib. Bu, əvvəlki rüblə müqayisədə 12 nəfər və ya 28,6 faiz artım deməkdir. 3-cü rübdə işçi sayı daha 13 nəfər artaraq 67 nəfərə çatıb. 4-cü rübdə isə artım tempi nisbətən zəifləyib və işçi sayı 70 nəfər təşkil edib.
Bu dinamika BOKT-un 2025-ci ildə fəaliyyət miqyasını genişləndirdiyini, kredit və lizinq xidmətləri üzrə əməliyyat həcmlərinin artması fonunda insan resurslarına tələbatın yüksəldiyini göstərir.
“İDEAL KREDİT” BOKT 30 sentyabr 2003-cü il tarixində 135 QB saylı qeydiyyatla lisenziyaların mərkəzi reyestrinə daxil edilib. Lisenziya təşkilata təminatlı və təminatsız kreditlər vermək, həmçinin “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər fəaliyyət növləri ilə məşğul olmaq hüququ verir. Təşkilatın əsas məhsul və xidmətləri kreditlərin verilməsi və maliyyə lizinqi xidmətləridir.
Maliyyə göstəricilərinə əsasən, “İDEAL KREDİT” BOKT 2025-ci ili 3 milyon 40 min 695 manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2024-cü ildə 2 milyon 371 min 276 manat olmuşdu. Beləliklə, təşkilatın xalis mənfəəti bir ildə 669 min 419 manat və ya 28,2 faiz artıb.
BOKT-un faiz gəlirləri 2024-cü ildə 4 milyon 657 min 503 manat olduğu halda, 2025-ci ildə 6 milyon 748 min 525 manata yüksəlib. Xalis faiz gəlirləri isə 4 milyon 174 min 492 manatdan 5 milyon 638 min 101 manata çatıb. Əməliyyat gəliri 2025-ci ildə 6 milyon 62 min 574 manat, vergidən əvvəlki mənfəət isə 3 milyon 808 min 642 manat təşkil edib.
Təşkilatın sahibləri Qubad Qubadov və Eldar Hüseynovdur. Hər iki şəxs “İDEAL KREDİT” BOKT-un nizamnamə kapitalında 50 faiz paya malikdir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
46 d. əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 55 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir

























