Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dolların təzyiq altında qalmağa davam etməsi fonunda qızıl yeni maksimumlara yüksəlir.
Belə ki, dəyərli metal ötən gün 3686$-dan 3748$-a qədər yüksəlib. Bu gün isə 3759$-a kimi artım sərgiləyən qızıl tarixi maksimum həddini yenilədi. EUR/USD valyuta cütlüyü bazar ertəsi 1.17260 səviyyəsindən bahalaşmağa başlayıb və bu gün səhər saatlarında 1.18200 səviyyəsinədək yüksəlib.
İraqdan tədarüklərin artacağı barədə xəbərlərin nəticəsində neftin qiyməti eniş tendensiyasını davam etdirir. “Brent” markalı neftin bir barel üçün qiyməti 65.95$-a qədər geriləyib. Bağdad Kürdüstanın regional hökuməti ilə razılıq əldə edib və bu bölgədən neft tədarüklərinin tezliklə bərpa olunacağı gözlənilir. Bu, gündə təxminən 230 min barel neftin bazara qayıtmasına imkan verəcək.
Kürdüstandan tədarüklər neftin ixrac mexanizmləri və gəlirlərin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları səbəbilə iki ildən artıqdır ki, dayandırılmışdı. Bundan əvvəl bildirilmişdi ki, İraq avqust ayında “OPEC+” sazişi çərçivəsində neft ixracını gündə orta hesabla 3.38 milyon barelədək artırıb. İraqın dövlət neft satış şirkəti “SOMO” isə sentyabr ayında tədarüklərin 3.4–3.45 milyon barelədək yüksələcəyini proqnoz edir.
Neft qiymətlərinə müəyyən dəstəyi Yaxın Şərqdə gərginliyin eskalasiya riski (bir sıra Avropa ölkələrinin Fələstin dövlətini tanımasından sonra), həmçinin Rusiya neftinin tədarükünə qarşı sanksiyaların sərtləşdiriləcəyi ehtimalları göstərə bilər.
Həmçinin, investorlar ABŞ-da inflyasiya göstəricilərinin açıqlanması ərəfəsində Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyindəki üzvlərin açıqlamalarını qiymətləndiriblər. FED İdarə Heyətinin üzvü Stiven Miran hesab edir ki, ABŞ-da əsas faiz dərəcəsi həddindən artıq yüksəkdir və ölkənin əmək bazarını qorumaq üçün onu azaltmaq lazımdır.
Ötən həftə ABŞ mərkəzi bankı proqnoz olunduğu kimi uçot faiz dərəcəsini 25 baza bəndi endirib. Miran isə bu qərara qarşı səs verən yeganə Federal Açıq Bazar Komitəsi (FOMC) üzvü olub – o, göstəricinin dərhal 50 baza bəndi azaldılmasını dəstəkləyib. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın tərəfdarı olan Miran sentyabr iclasından az əvvəl FED rəhbərliyinə daxil edilib.
Sent-Luis Federal Ehtiyatlar Bankının rəhbəri Alberto Musalem və Atlanta FED rəhbəri Rafael Bostik isə ötən həftə faiz dərəcəsinin 25 baza bəndi azaldılmasını haqlı addım hesab etdiklərini bildiriblər. Onların sözlərinə görə, inflyasiyanın hədəflənən 2%-ə endirilməsi FED üçün prioritet olaraq qalır.
ABŞ fond bazarı bazar ertəsi ticarət sessiyasını artımla başa vurub, üç əsas indeks tarixi maksimumlarını yeniləyib.
“Apple Inc.”-ın səhmləri 4.3% bahalaşıb. Verilən məlumatlara əsasən, şirkət ötən həftəsonu böyük həcmdə ilkin sifarişlər fonunda azı iki təchizatçıdan yeni “iPhone 17”-nin əsas versiyasının istehsalını 30% və ya daha çox artırmağı xahiş edib.
“Nvidia Corp.”-un səhmləri 3.9% yüksəlib. Amerikanın çip istehsalçısı süni intellekt çat-botu “ChatGPT”-nin yaradıcısı “OpenAI” ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, “Nvidia” “OpenAI”-nin növbəti nəsil AI infrastruktur sistemlərinin qurulmasına, o cümlədən ən azı 10 QVt ümumi enerji sərfiyyatına malik avadanlıqların yerləşdirilməsinə, 100 milyard dollara qədər sərmayə yatıracaq.
“Oracle Corp.”-un kapitallaşması 6.3% artıb. Amerikan şirkəti bildirib ki, Safra Katz şirkətin Direktorlar Şurası sədrinin icraçı müavini vəzifəsinə keçəcək, onun yerinə isə Kley Makvayer və Mayk Siciliya baş icraçı direktorlar təyin olunacaq.
Bu gün investorların diqqət mərkəzində ABŞ prezidenti Donald Tramp və Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauelin çıxışları olacaq. Həmçinin, Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat - İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir

























