Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ federal hökumətinin fəaliyyətinin dayandırılması (shutdown) ilə bağlı narahatlıqlar dolların beynəlxalq birjalarda yüksəlişini məhdudlaşdırır. EURUSD valyuta cütlüyü cari həftəyə artımla başlayıb. Məzənnə 1.16980 səviyyəsindən 1.17540 səviyyəsinə qədər yüksəldi. Eyni müddət ərzində GBPUSD cütlüyü 1.33860 həddindən 1.34560 həddinə kimi yüksəlib.
Qızılın rallisi davam edir. Dəyərli metal tarixi maksimum səviyyəsini yeniləyərək 3870$-a qədər bahalaşıb. Ekspertlər artım tendensiyasının davam edəcəyini proqnozlaşdırırlar. “Brent” markalı neftin bir barel üçün qiyməti isə ötən həftənin sonu başlayan eniş tendensiyasını davam etdirir. Belə ki “qara qızılın” dəyəri 70.40$-dan 67.00$-a kimi enib.
ABŞ prezidenti Donald Trampın hökumətin müvəqqəti maliyyələşdirilməsi məsələləri üzrə Konqresdəki Demokrat və Respublikaçı liderlərlə keçirdiyi görüş heç bir ciddi nəticə vermədən başa çatıb. Verilən məlumatlara görə, Demokratlar, Respublikaçılar və administrasiya nümayəndələri Ağ Evi tərk edərək bir-birini günahlandırıblar və hökumətin bağlanmasının qarşısını almaq məsələsində irəliləyiş əldə etməyiblər.
Görüşdə iştirak edən Senatda Demokrat azlığın lideri Çak Şumer jurnalistlərə bildirib ki, Demokratlarla Respublikaçılar arasında, səhiyyə problemləri də daxil olmaqla, əsas məsələlərdə “çox böyük fikir ayrılıqları” var. ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə Demokratları əsassız tələblər irəli sürməkdə ittiham edib.
Hazırda ABŞ-da federal qurumların fəaliyyətini maliyyələşdirən, mart ayında qəbul olunmuş müvəqqəti qanun qüvvədədir, lakin onun müddəti 30 sentyabrda başa çatır. Nümayəndələr Palatası daha əvvəl maliyyələşmənin 21 noyabradək uzadılması barədə qanun layihəsini təsdiqləyib. İndi bu qanun layihəsi Senat tərəfindən təsdiqlənməlidir. Senatda Respublikaçıların 100 səsdən 53-ü var, lakin qanun layihəsinin qəbul edilməsi üçün 60 səs tələb olunur.
Avstraliya Ehtiyatlar Bankı faiz dərəcəsini 3.60% səviyyəsində saxlayıb. Tənzimləyici qurum qlobal risklərin artması fonunda daxili iqtisadi fəaliyyət və inflyasiya ilə bağlı qeyri-müəyyənliyin qaldığını bildirib. ABŞ-ın tarif siyasəti və digər ölkələrin reaksiyaları barədə indi daha çox aydınlıq var, bu da kəskin nəticələrin ehtimalını azaldır. Amma ticarət gərginlikləri dünya iqtisadi artımına təzyiq etməyə davam edəcək.
Bu gün Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, Böyük Britaniyada dərc olunacaq ÜDM, Almaniyada açıqlanacaq İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi, eləcə də Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı bazar iştirakçılarının marağına səbəb olacaq.
Əlavə olaraq, Bakı vaxtı isə saat 18:00-da ABŞ-da “Conference Board” İstehlakçıların İnam İndeksi və “JOLTS” Boş İş Yerləri və Vakansiyalar Hesabatı dərc olunacaq, saat 19:00-da isə ABŞ prezidenti Donald Trampın çıxışı baş tutacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir


























