Pfizer, Metsera-nı 10 milyard dollara alır
Pfizer, arıqlama müalicələri (kilo vermə dərmanları) inkişaf etdirən Metsera şirkətini 10 milyard dollardan çox dəyəri olan bir müqavilə ilə almaq barədə razılığa gəlib.
Şarja xəbər verir ki, şirkət, hər səhm üçün 65,60 dollar nağd ödəniş edəcək, əlavə olaraq performansa bağlı şəkildə hər səhm üçün 20,65 dollara qədər əlavə dəyər haqqı təqdim edəcək.
ForInvest Haberin məlumatına görə, razılaşma çərçivəsində Pfizer bu ödənişləri həyata keçirəcək və əlavə dəyər hüququ da təmin edəcək.
Sentyabr ayında Pfizer, Metsera-nı 7,3 milyard dollara almağı planlaşdırmışdı. Lakin Novo Nordisk gözlənilməz bir addım ataraq daha yüksək təklif təqdim etdi və rəqabəti qızışdırdı. Pfizer isə Novo Nordisk-in son təklifini 5 sent artıraraq eyni səviyyəyə gətirdi və müqaviləni qazanan tərəf oldu.
Metsera-nın idarə heyəti, ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən Novo Nordisk ilə mümkün bir birləşmə barədə edilən xəbərdarlıqdan sonra Pfizer-in təklifini qəbul edib. Komissiya, Novo Nordisk ilə razılaşmanın “qəbuledilməz hüquqi və tənzimləyici risklər” daşıdığını bildirib.
Pfizer, səhmdarların cümə axşamı keçirəcəyi səsvermədən sonra əməliyyatın tamamlanacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
13 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























