Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İki gündür qızılın unsiyasının qiyməti ucuzlaşan dollar və artan geosiyasi risklərin təsiri ilə 5 min dolların üzərində qalır. İnvestorların dövlət istiqrazları və valyutalardan çıxışı qiymətli metallara olan tələbi gücləndirib.

Marja xəbər verir ki, külçə qızıl çərşənbə axşamı günü 1,4 faizə qədər bahalaşaraq ardıcıl yeddinci ticarət günündə də artım qeydə alıb. ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya məhsullarına tətbiq olunan gömrük rüsumlarını artırmaq təhdidi və Vaşinqtonun Yapon yeni üçün dəstək addımları ata biləcəyinə dair gözləntilər dolları təxminən son dörd ilin ən aşağı səviyyəsinə endirib. Bu amillər qızılı qlobal alıcılar üçün daha cəlbedici edib. Gümüş isə təxminən 7 faiz bahalaşıb.

Reklam_3_11

Son iki ildə dəyərini iki dəfədən çox artıran qızıl - bazarlardakı qeyri-müəyyənliyin və risk qavrayışının mühüm göstəricisi olaraq qalır. 1979-cu ildən bəri ən güclü illik bahalaşmanı nümayiş etdirən sarı metal, bu il də narahatlıqları fonunda 17 faiz bahalaşıb.

Tramp administrasiyasının son dövrlərdə Qrenlandiya ilə bağlı çıxışları, Venesuelaya mümkün hərbi müdaxilə ehtimalları və ABŞ Mərkəzi Bankının müstəqilliyinə dair açıqlamaları bazarlardakı gərginliyi daha da artırıb. ABŞ Prezidentinin Cənubi Koreyaya yönəlik son xəbərdarlığı, Kanadanın Çinlə ticarət sazişi imzalaması halında ona 100 faiz gömrük rüsumu tətbiq ediləcəyi təhdidindən sonra səsləndirilib.

Bazar məlumatları spekulyatorların qızıl mövqelərini artırdığını göstərir, opsion investorları isə qiymət yüksəlişinin davamına hazırlaşır.

İnvestorlar hazırda Trampın FED-in yeni sədri ilə bağlı seçimini gözləyir. Faiz endiriminə tərəfdar olan şəxsin FED sədri vəzifəsinə təyin olunması faiz endirimlərinə dair gözləntiləri gücləndirərək faiz gəliri olmayan qızıl üçün dəstəkləyici amil ola bilər. Bununla yanaşı, FED-in qısa müddətdə faiz endirimlərinə fasilə verməsi gözlənilir.

Bakı vaxtı ilə saat 09:44-də qızılın unsiyasının qiyməti 1,4 faiz artımla 5081 dollardan ticarət olunub. Gümüş 5,8 faiz bahalaşaraq 109,78 dollara yüksəlib, lakin əvvəlki sessiyada qeydə alınan rekord səviyyələrdən sonra qismən geri çəkilib. Platin və palladium da dəyər qazanıb.

Dünən qızılın unsiyasının qiyməti 5111 dolları test edib. Növbəti psixoloji mərhələnin 5300 dollara yaxın olduğu təxmin edilir. 

qızıl qiymətləri qızılın unsiya qiyməti qızıl 5000 dollar qızıl rekordu qızıl bahalaşması qlobal qızıl bazarı investisiya üçün qızıl təhlükəsiz liman aktivləri qiymətli metallar bazarı gümüş qiyməti gümüş unsiya qiyməti platin qiyməti palladium qiyməti dolların ucuzlaşması dollar indeksi geosiyasi risklər bazarlarda qeyri-müəyyənlik investor davranışları dövlət istiqrazlarından çıxış FED faiz qərarları ABŞ Mərkəzi Bankı FED sədri seçimi faiz endirimi gözləntiləri Tramp ticarət siyasəti ABŞ gömrük rüsumları Cənubi Koreya ABŞ ticarət Yaponiya yeni qlobal inflyasiya riskləri qızıl opsionları qızıl spekulyativ mövqelər Marja xəbərləri Azərbaycan maliyyə xəbərləri
27.01.2026 09:44

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18