Hər toy üçün müəllif qonorarı ödənilməlidir - MƏBLƏĞ
Klub, kafe, restoran və toy mərasimlərində musiqili əsərlərdən istifadəyə görə müəlliflərə qonorarın necə veriləcəyini açıqlanıb.
Müəllif Hüquqları Agentliyi (MHA) bildirib ki, bir neçə gün öncə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 1997-ci ildə qəbul edilmiş 38 nömrəli qərara müəyən dəyişikliklər edilib.
Qərarda bir sıra məsələlər, o cümlədən “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən klublarda, kafelərdə, restoranlarda, o cümlədən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarının ödəyicilər və hansı qaydada ödənilməsi ilə bağlı məsələlər həllini tapıb.
"Lakin bəzi KİV-də bu qərarla bağlı düzgün olmayan şərhlər verilir, hətta səhv informasiyalar yayılır, bəzi hallarda isə qonorarın guya ifaçılar tərəfindən ödənilməli olduğu barədə yanlış fikirlər söylənilir", - MHA-dan bildirilib.
MHA nəzərə çatdırıb ki, qərara əsasən, mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə (istər artist ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) kütləvi ifasına görə (toy mərasimləri istisna olmaqla) bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odəniləcək:
“Bu qonorar kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödənilir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Qeyd olunan qonorar müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilat tərəfindən yığılır. Kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri hesablanmış qonorarı kollektiv idarəetmə təşkilatının hesabına köçürməklə yanaşı, ay ərzində həmin obyektdə səsləndirilən musiqili əsərlərin repertuarını da təqdim etməlidirlər. Məsələn, tutaq ki, Bakıda yerləşən bir restoranda bir ayda 60 mahnıdan ibarət repertuar bərabər sayda istifadə olunub. Qeyd olunan qonorar məbləği (60 manat) həmin restoranın mülkiyyətçisi tərəfindən kollektiv idarəetmə təşkilatının hesabına köçürülür və eyni zamanda istifadə olunan əsərlərin siyahısı təqdim olunur. Kollektiv idarəetmə təşkilatı restoranın mülkiyyətçisi tərəfindən köçürülmüş qonorar məbləğini xidmət haqqı çıxılandan sonra təqdim edilmiş siyahı (repertuara daxil olan mahnılar) əsasında həmin mahnıların müəllifləri arasında bərabər qaydada bölməli və aidiyyəti üzrə çatdırmalıdır. Əgər mahnı mətn və musiqidən ibarətdirsə, bir mahnının istifadəsinə görə hesablanan qonorar onların şərik müəllifləri arasında bərabər qaydada bölünür".
MHA nəzərə çatdırır ki, şəhər və rayonlarımızda bu cür obyektlərin sayının kifayət qədər olduğunu nəzərə alsaq, yekun nəticədə müəlliflərimiz kifayət qədər böyük məbləğdə qonorar ala bilərlər.
MHA-dan “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklər”də toy mərasimlərində musiqili əsərlərin istifadəsi ilə bağlı məsələnin də həllini tapdığı bildirilib: “Qərara əsasən, mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində istifadəsinə görə, həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən bir hesabat ayı üçün deyil, toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Bu halda da müəllif qonorarının müəlliflər arasında bölgü prinsipi mətnli, yaxud mətnsiz musiqili əsərlərin klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə səsləndirilməsində olduğu kimi olacaq”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 45 d. əvvəl
-
52 d. əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
3 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Ən çox oxunanlar
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu






.jpg)
.jpg)





.jpg)





