İlk “ASAN kommunal” mərkəzi fəaliyyətə başlayıb
"1 saylı "ASAN kommunal" Mərkəzi dünəndən, yəni yanvar ayının 15-dən etibarən vətəndaşlara xidmət göstərməyə başlayıb".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ümid Mehdiyev deyib.
O bildirib ki, pilot layihə çərçivəsində 1 saylı "ASAN kommunal" Mərkəzinin xidmətlərindən ilkin mərhələdə Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan sakinləri yararlana biləcəklər: "Mərkəzdə "Azərişıq" ASC, "Azərsu" ASC, "Azəriqaz" İB tərəfindən 45 növ xidmət göstərilir. Burada eyni zamanda özəl şirkətlər də öz xidmətlərini vərəndaşlara çatdırır, yəni bank və sığorta şirkətləri də Mərkəzdə fəaliyyət göstərir. Artıq 54 sakin xidmətlərdən faydalanıb".
Sədr müavininin sözlərinə görə, yaxın gələcəkdə paytaxtda daha iki "ASAN kommunal" Mərkəzi istifadəyə veriləcək: "2 saylı "ASAN Kommunal" Mərkəzi dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bundan sonra bütün Bakı sakinləri qeydiyyat yerindən asılı olmayaraq mərkəzlərdən istifadə edə biləcək. Növbəti illərdə isə regionlarda kommunal mərkəzlər fəaliyyətə başlayacaq".
Ü.Mehdiyev deyib ki, fevral ayında ikinci kommunal mərkəzin fəaliyyətə başlaması gözlənilir: "İlin birinci yarısında isə Xətai rayonundakı kommunal mərkəzin fəaliyyətə başlaması gözlənilir".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)




.jpg)








