Belarus Azərbaycanda ticarət evi açmaqda maraqlıdır
Belarus Azərbaycanda ticarət evi açmaqda maraqlıdır.
Bunu Belarus Ticarət-Sənaye Palatasının Qrodno vilayət şöbəsinin baş direktoru Meçislav Kostyuk deyib.
Onun sözlərinə görə, bu, hər iki ölkə üçün faydalı olacaq: "Əgər dövlətlər bu niyyəti dəstəkləsə, Belarus Bakıda və ya Azərbaycanın istənilən digər regionunda ticarət evi açmağa hazırdır".
M.Kostyuk qeyd edib ki, Azərbaycanın Belarusda ticarət evi açıldıqdan sonra bu ölkədə Azərbaycan məhsullarına maraq artıb.
İki ölkə arasındakı ticarət əlaqələrinin inkişafından danışan M.Kostyuk qeyd edib ki, Belarus Azərbaycan məhsullarının tədarükündə maraqlıdır: "Biz Belarusa Azərbaycandan sitrus və quru meyvələr tədarük etmək istəyirik. Bundan başqa, bizim ən iri tütün fabriklərimizdən biri olan "Neman" Azərbaycandan xammalın alınmasında maraqlıdır. Bunun əvəzində biz Azərbaycana geniş çeşiddə keyfiyyətli ət və süd məhsulları, quru uşaq qidası təklif etməyə hazırıq".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)








.jpg)







