“Şahdağ”a 3000 nəfərlik axın!
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan və Azərbaycan turizm tarixində ən genişmiqyaslı layihə hesab olunan “Şahdağ” Turizm Mərkəzində sayca altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilmiş, ağappaq qarla örtülmüş Şahdağ yamacları xizək həvəskarlarının istifadəsinə verilmişdir.
Bu tarix xizək mövsümünün açılışını həsrətlə gözləyənlər üçün bayram əhval-ruhiyyəsi ilə yadda qalmış, açılış gününə özəl olaraq yerli brendlərdən ibarət qış yarmarkası ilə yanaşı, canlı musiqi ilə müşaiyət olunan konsert proqramı təşkil olunmuşdur.
Nazirliyin yaydığ\ı məlumata görə, ilk dəfə olaraq məhz açılış günü mərkəzdə bu qədər izdiham yaşanaraq, gün ərzində mərkəzi 3000-dən çox turist ziyarət etmişdir.
Keçən il qış mövsümü ərzində 95 000-dən çox turist qəbul edən mərkəzə üz tutan turistlərin, eləcə də xarici turistlərin sayının ilbəil artdığından bu mövsümün keçən ilki rəqəmləri üstələyəcəyi proqnozlaşdırılır.
Açılış günü maraqlı anlar yaşanmış, üç il əvvəl məhz Şahdağda tanış olan cütlük toy mərasimlərini qeyd etmək üçün bəyaz Şahdağ yamaclarını seçmişlər.
Hər il olduğu kimi bu il də xizək və snoubord sürmə ilə yanaşı 13 müxtəlif qış əyləncəsi ilə də turistlərin ixtiyarına verilmişdir. Ənənəvi əyləncələr sırasına parapalan (dağ paraşütü) xidməti də əlavə edilmişdir. Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)







.jpg)






