"Şahdağ" video görüntüyə münasibətini bildirib
Sosial şəbəkəlrədə Şahdağ Turizm mərkəzində çəkilmiş video görüntülər paylaşılıb. Video görüntü geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin məlumatına görə, kanat sıradan çıxdığı üçün turistlər arasında narazılıq yaranıb.
Məsələ ilə bağlı Şahdağ Turizm Mərkəzi ilə əlaqə saxlanıb. Mərkəzdən bildirilib ki, mərkəzin ictimai nüfuzuna və müsbət işgüzar imicinə xələl gətirə biləcək video görüntülər vasitəsilə süni ajiotajın yaradılması turizm mərkəzini narahat edərək təəssüfləndirir:
"Məlumat üçün bildirək ki, sayca altıncı qış mövsümünün açılışı 16 dekabr tarixində baş tutub və gün ərzində mərkəz 3000-dən çox turist qəbul edib. Növbəti gün – 17 dekabr tarixində mərkəzi daha çox – 4000-ə yaxın insan ziyarət etsə də, bu cür izdiham baş verməyib. Vurğulamaq istəyirik ki, turizm mərkəzi olaraq ən ümdə məqsədimiz qonaqlarımızın məmnunluğu ilə yanaşı, təhlükəsizliyini də ən yüksək səviyyədə təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən kanat yollarının istehsalçısı Avstriyanın dünya üzrə tanınmış "Doppelmayr" şirkətidir və şirkətin texniki təhlükəsizlik tələblərinə əsasən yuxarı qalxarkən 100%, aşağı enərkən isə 25% doluluq şərtinə mütləq surətdə riayət olunmalıdır. Nəticə etibarilə yuxarı qalxarkən 4 nəfər, aşağı enərkən isə hər bir kabindən biri boş olmaqla 2 nəfər otura bilər".
Məlumatda bildirlir ki, mərkəzə olan marağın və turistlərin sayının ilbəil artması çox sevindirsə də, təəssüflə bildirmək lazımdır ki, bəzi hallarda bir qisim qonaqlar təhlükəsizlik tələblərinə əməl etməkdən imtina edir, növbədə gözləmək istəmirlər:
"Məhz həmin gün də müəyyən turistlər tərəfindən kanat yollarının girişində quraşdırılmış təhlükəsizlik torları qırılıb, kanat yollarının sərbəst hərəkətinə mane olaraq, operatorların işinə əngəl yaradılıb. İstənilən halda "müştəri daima haqlıdır" prinsipini əsas tutaraq fəaliyyət göstərən mərkəz qonaqların rahatlığını təmin etmək, daim xidmət keyfiyyətini artırmaq üçün dayanmadan çalışır və gələcəkdə bu kimi halların baş verməməsi üçün daha ciddi təhlükəsizlik qaydalarının formalaşdırılması istiqamətində işlər görülür".
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























