Sabaha olan hava proqnozu açıqlanıb
Sabah, dekabrın 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə dekabrın 21-də bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 9 d. əvvəl
-
12 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
15 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
16 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 20 d. əvvəl
- 26 d. əvvəl
- 30 d. əvvəl
-
39 d. əvvəl
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
-
48 d. əvvəl
"Qarşıdakı 2 həftə ərzində İran ilə müharibədə “tam qələbə” elan edəcəyik"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Ən çox oxunanlar
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Azərbaycan neftinin son qiyməti

























